APA-nın məlumatına görə, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndinə qeydə alınıb. Kənd sakini Elməddin Zülal oğlu Cəlalov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. O, aldığı xəsarətdən yerindəcə keçinib.
Hadisəni törədən avtomobil hələlik tapılmayıb.
Qeyd edək ki, qəzada dünyasını dəyişən E. Cəlalov 4 uşaq atasıdır.
Strategiya.az