Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 6-da saat 06 radələrində Şəmkir rayonunun S.Vurğun kəndində kənd sakini Taleh Qasımov və Ramin Məmmədov göldə rezin qayıqla balıq tutarkən qayıq deşilib. R.Məmmədov boğulub, T.Qasımov isə üzərək sahilə çıxıb.
R.Məmmədovun meyiti sudan çıxarılıb.