Ölkəni viran qoyan 6 ilin altındakı dərdlər

08:22 / 14.03.2014

 
Hər halda Erməni Milli Konqresinin sədri reallıq hissini itirmədiyini göstərməliydi.
 
Ermənistan prezidenti Serj Sarkisyandan fərqli olaraq.
 
Amma nə edəsən ki, erməni müxalifətçilər gerçəyin irreal olmasını arzulayırlar. Onlar indi yaşadıqları günlərin çox pis, bərbad, dözülməz olduqlarını deyir, ölkədəki insanları insanlıqdan çıxaran hakimiyyətə son qoyulmasını istəyirlər.
 
Hələlik, sadəcə, istəkdir.
 
İş o yerə çatıb ki, məşhur erməni müxalifətçilərindən biri Facebook-dakı profilində yazıb: "Hərdən düşünürəm ki, səhər yuxudan ayılacaq, gözlərimi açacaq və ətrafa baxanda anlayacağam ki, yaşadıqlarımın hamısı pis yuxu imiş".
 
Halbuki ayıq olduqlarını düşünüb sayıq davrandıqlarını sayan Ermənistan müxalifəti illər əvvəl düşdüyü qəflət yuxusundan hələ də ayıla bilmir.
 
2008-ci ilin mart ayında, prezident seçkilərindən dərhal sonra Yerevanda insanlara divan tutulmasından, "seçki" adlanan saxtakarlığa etiraz edərək küçələrə çıxanların gülləbaran edilməsindən artıq 6 il keçir.
 
6 ildir ki, erməni müxalifəti Serj Sarkisyan hakimiyyətinə qarşı mübarizə aprardığını deyir və xalqı kütləvi etirazlara, mitinqlərə, yürüşlərə səsləyir.
 
Martın 1-də Yerevanda yenə mitinq oldu. Levon Ter-Petrosyan da dedi ki, Ermənistanın Gömrük Birliyinə qatılması qaçılmaz, labüd proses idi.
 
Mitinqə yığışanlar L.Ter-Petrosyanın 1991-ci ildə Ermənistanın dövlət müstəqlliyi bəyannaməsini imzalayan şəxs olduğunu unutmamışdılar. Onlar ümid edirdilər ki, 23 ildən sonra sabiq prezident reallığı anlayacaq və indiki dövlət başçısının sarsaq, eyni zamanda cinayətkar əməllərinə etirazını bildirərək insanları arxasınca mübarizəyə aparacaq.
 
Çünki yalnız reallıq hissini itirən insanlar Rusiyanın diqtəsi ilə yaradılaraq postsovet məkanı ölkələrini yenidən Moskvanın nəzarəti altına çəkmək məqsədi güdməklə yanaşı, ölkədə bahalaşma, rüsumların və vergilərin artması, mühacirət dalğasının yüksəlməsi və geosiyasi mövqelərin zəifləməsi ilə sonuclanacaq təşkilat sürükləyə bilər.
 
Reallıq hissini bilmərrə itirmiş adamlar rəhbərliyi Ukrayna ilə müharibəyə hazırlaşaraq iqtisadiyyatının dağılmasını "nə edək, hərbi əməliyyatlar aparırıq" bəhanəsi ilə ört-basdır etməyə can atan Rusiya ilə ittifaqa doğru gedə bilər.

Ermənilər yanıldılar.
 
Levon Ter-Petrosyan, hələ də, Robert Köçəryan və Serj Sarkisyan arasında "coker" rolunda qalaraq situasiyadan faydalanan, güclü tərəfə meyllənən və sonra həmin tərəf nisbətən zəifləyən kimi qarşı tərəfə keçən mindilli obrazındadır.
 
O, vurnuxmaları ilə hakimiyyət sistemini dəstəkləyən, iqtidarın çürük dayaqlarının bilmərrə məhv olmasına imkan verməyən siyasi təlxəklərdən biridir.
 
Erməni Milli Konqresinin mitinqinə az adam qatılmamışdı. Və onlar evə gedəndə yəqin düşünürdülər ki, gün gələcək, Levon Ter-Petrosyan mitinqdə söylədikləri sözlərin "diplomatik gediş" olduğunu, əslində isə Ermənistanda kimsənin Gömrük Birliyini və Rusiya rəhbərliyini ciddi qəbul etmədiyini israrla deyəcək.
 
Həmin vaxta az qalıb.
 
Səbəb bəlli.
 
2008-ci ilin mart ayında prezident postuna yiyələnmiş Serj Sarkisyan 6 il ərzində mənəviyyatsızlığı və mənhusluğu ilə az qala ideal sayıla biləcək daxili siyasi situasiya yarada bilib.
 
Təbii ki, bu situasiya ermənilər üçün yox, hakimiyyətdəki dəstə üçün ideal sayıla bilər.
 
Bəhs etdiyimiz situasiyanın özəlliyi isə S.Sarkisyanın cəmiyyətə bir para məqamları çox bariz şəkildə anlatmasıdır.
 
Sarkisyan ermənilərə aydın başa saldı ki, ölkədəki cəmiyyət ondan və hakimiyyətindən artıq deyil.
 
Bu minvalla Sarkisyan siyasi gündəmə real, eyni zamanda Ermənistan cəmiyyəti üçün təhqiramiz olan "bir-birimizə layiqik" tezisini gətirdi ki, məhz onun sayəsində ölkədə tam ictimai apatiya, süstlük və laqeydlik mühiti formalaşıb.
 
Kütlə siyasi baxımdan effektiv ola biləcək texnologiya və ya proses barədə düşünmür.
 
Belə düşüncələri dağıtmaq, insanları yenidən aktivləşdirmək üçünsə cəmiyyətin Serj Sarkisyan və onun iqtidarından üstün olduğunu göstərməyə ehtiyac duyulur.
 
Amma bəhs etdiyimizi indi Ermənistanda gerçəkləşdirmək çətindir. Yeni siyasi qüvvələrə qarşı - əgər onlar varsa - Serj Sarkisyan yalnız öz iqtidarı ilə yox, praktiki olaraq bütün siyasi müstəvi ilə çıxır.
 
Nədən ki, mövcud siyasi qüvvələr də yeni təkanların yaranmasını öz mövqelərinə təhlükə sayırlar.
 
Əcəba, indi hansı siyasi qüvvə Serj Sarkisyanın real alternativi, rəqibi roluna iddialıdır?
 
O kəslər bir qısa və ya uzun müddət ərzində mövsud iqtidarda təmsil olunublar, sonra da müxalifətə keçiblər.
 
Erməni İnqilabi Federasiyası-Daşnaksutyun illər uzunu Serj Sarkisyanla koalisiyada olmuşdu. "Çiçəklənən Ermənistan" Partiyası da illərlə hakimiyyətin idarəedici tərəfdaşlarından biri idi. Erməni Milli Konqresi bir zamanlar iqtidardakı Ermənistan Respublika Partiyası və bilavasitə Serj Sarkisyanla dialoqlar aparıb, sövdələşmələrə qatılıb.
 
Daşnaklarla Qagik Sarukyanın partiyası belə sövdələşmələri narahatlıq və qəzəblə izləyirdi, çünki onlar S.Sarkisyanın EMK ilə dil taparaq hakimiyyətdə Levon Ter-Petrosyanın dəstəsinə pay verəcəyini, bununla da "Çiçəklənən Ermənistan"la daşnakları yerlərdə neytrallaşdıracağını düşünürdülər.
 
Alınmadı.
 
Sonrakı sövdələşmələrdə müxtəlif partiyalar iştirak etdilər və beləcə Serj Sarkisyan müxtəlif vaxtlarda çeşidli müxalifət qüvvələrini öz tərəfdaşlarına çevirərək onların vasitəsilə başqalarından qorunmağı bacardı.
 
Üstəlik, həmin danışıqlar vasitəsilə Qərbə də göstərməyə çalışdı ki, baxın, Ermənistanda necə də demokratiya var.
 
...Ermənistandakı mitinqlərdə "Qatil Serjik!" şüarları səslənsə də, kütlənin davranışı hələ ki, Serj Sarkisyanın reklamıdır.
 
Bütün bunlar Yerevandakı siyasi absurdun mənzərələridir./Milli.Az/
 
 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM