AŞPA-nın yanvar sessiyasında 2085 (2016) saylı qətnamə qəbul edildikdən sonra Ermənistan siyasi mühitində yaranmış isteriya vəziyyəti səngimək bilmir. Bu ölkənin siyasi elitasının müxtəlif səviyyəli nümayəndələri istənilən fürsətdən istifadə edərək, Ermənistan KİV-lərində Azərbaycan tərəfinə, qeyd edilən qətnaməni dəstəkləmiş AŞPA üzvlərinə, bu qətnaməyə istinad edən hər kəsə, o cümlədən AŞPA rəhbərlərinə qarşı böhtanlarla dolu və təhqiredici ifadələr işlətməkdən belə çəkinmirlər.
Bu dəfə AŞPA-nın yeni prezidenti cənab Pedro Aqramunt Ermənistanın “həqiqət carçılarının” hədəfinə tuş gəlmişdir. Belə ki, cənab Aqramuntun fevral ayında Avropa Şurası Nümayəndələr Komitəsində çıxışı və martın əvvəlində Bakıya rəsmi səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsini, Ermənistanın 20 ildən artıq müddət ərzində beynəlxalq normaları pozaraq Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal altında saxlaması faktını açıq şəkildə bəyan etmişdir. AŞPA prezidentinin bu çıxışlarından sonra Ermənistan mediasında “AŞPA prezidentinin öz vəzifəsindən xəbərsiz” olduğu bildirilmiş, cənab Aqramunt “Azərbaycanın maraqlarına xidmət edən” adlandırılmış və onun ünvanına heç bir əsas olmadan təhqiredici ifadələr işlədilmişdir.
Məntiqi sual ortaya çıxır: Nə üçün Ermənistan rəsmiləri, siyasətçiləri cənab Aqramuntun bu çıxışlarını hədsiz dərəcədə qəzəblə qarşılayırlar?!
Çünki, AŞPA prezidenti Pedro Aqramunt 2085 (2016) saylı qətnamədə təsbit edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsini dəfələrlə istifadə etməklə, Ermənistanın beynəlxalq səviyyədə “toxunulmazlıq” limitinin tükəndiyini bildirmiş oldu. Bununla da 90-cı illərdən indiyədək Ermənistanın işğalçı dövlət kimi tanınmasının qarşısını almağa yönəlmiş siyasətin iflasa uğradığını bəyan etdi. Bu Ermənistan tərəfini təlaşa salan və onları narahat edən ən ciddi məsələlərdən biridir. Bundan əlavə, beynəlxalq qurumların rəhbərləri və yüksək səviyyəli səlahiyyətliləri sırasından ilk dəfə olaraq AŞPA prezidenti cənab Aqramunt Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsini rəsmi şəkildə ictimaiyyət qarşısında ifadə etmişdir. Məhz bu səbəbdən o, Ermənistan hakimiyyətinin, mediasının və siyasətçilərinin qəzəbinə tuş gəlmişdir.
Ermənistan tərəfi AŞPA-da işğal faktını özündə təsbit edən sənədin qəbul edilməsini ATƏT-in Minsk Qrupu fəaliyyətinə xələl gətirdiyini və problemlə yalnız Minsk Qrupunun məşğul olmalı olduğunu bildirir. Çünki ATƏT-in Minsk Qrupunun 22 il ərzində problemin həlli istiqamətində heç bir irəliləyiş etməməsi, Ermənistanın işğalçı siyasətini “Dağlıq Qarabağ münaqişəsi” adı altında gizlətməsi birbaşa Ermənistanın maraqlarına xidmət edir.
Ermənistan tərəfi yeri gəldi-gəlmədi problemin sülh yolu ilə həll edilməli olduğunu və AŞPA-da qətnamə qəbul edilməsinin sülh prosesinə maneçilik törətdiyini bildirirlər. Çünki işğala son qoyulmasına, işğalçı Ermənistanın silahlı qüvvələrinin işğal zonasından geri çəkilməsinə çağıran bu sənədin problemin sülh yolu ilə həllinə mane olmadığını etiraf etmək onların uzunmüddətli strategiyalarını məhv edə bilər. Halbuki 2085 (2016) saylı qətnamə problemin sülh yolu ilə həllinə bir töhvədir.
Nəhayət, Ermənistana işğalçı damğasının vurulması bu ölkəni təlaş içərisində saxlayır. Bu ölkənin rəsmi təmsilçiləri hər vəchlə öz işğalçılıq əməllərini gizlətmək üçün “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin saxlanılmasına və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin gecikmiş də olsa, siyasi-ictimai, elmi dövriyyədə öz təsdiqini tapmasının qarşısını almağa çalışırlar.
Biz isə 2085 (2016) saylı qətnamə ilə bu sindromu sındırmaqda israrlı olmalıyıq.
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM