Xəbərə əsasən, Çovdarovun Badamdar qəsəbəsində, “Kempinski Hotel”in yaxınlığında yerləşən 3 malikanəsinə heç kimin buraxılmadığını generalın qonşuları təsdiq ediblər. Çovdarovun vəkili Sadiq Rəsulov bu məlumatı şərh etməkdən imtina edib.
Qeyd edək ki, Çovdarovun həbsi ərəfəsində onun Badamdardakı malikanələrində günlərlə davam edən axtarış aparılmışdı. Bu malikanələrdən birində Çovdarovun özü, digərində isə oğlanları yaşayıb. Çovdarovun həbsindən sonra onun ailə üzvləri həmin malikanələri tərk ediblər. Evlər xüsusi nəzarətdə olub.
Çovdarovun malikanələri təkcə Badamdarda deyil. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun “sağ əli” kimi tanınan generalın Bakının digər yerlərində və bir neçə rayonda da imarətlərinin olduğu məlumdur.
Strategiya.az