Strategiya.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama nəticəsində 2 ədəd bağlamada, ümumi xalis çəkisi 200,915 qram təşkil edən heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.