Qurum rəsmisi bildirib ki, "Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib: "Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Martın 11-dən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq. Eskalatorun aprelin 7-də sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. "Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir".
Strategiya.az