Strategiya.az bildirir ki, bu barədə oxu.az-a açıqlamasında Kompleksin növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bayram ərəfəsində xəttə buraxılacaq avtobusların sayının təxminən 2 dəfə artacağı gözlənilir: “Adi günlərdə 300-320 nəqliyyat vasitəsi ilə 7000-7500 sərnişin yola salınırdı. Bayram ərəfəsində isə 600-700 nəqliyyat vasitəsi ilə 16-17 min sərnişinin yola salınacağı gözlənilir”.
M.Abdullayev qeyd edib ki, süni qiymət artımı ilə bağlı komissiya yaradılıb: “Qiymətlərə nəzarət etmək üçün 11 nəfərdən ibarət komissiya fəaliyyət göstərir. Kənardan dəvət etdiyimiz hər hansı bir nəqliyyat vasitəsi qiymətlərdə dəyişiklik edə bilər. Qiymət komissiyasının üzvləri belə bir halın yaşanmaması üçün bu məsələləri nəzarətdə saxlayacaq”.
“Nəzərinizə çatdırım ki, adi günlərdə olduğu kimi, təyin olunmuş qrafiklərimiz üzrə də 10 gün əvvəlcədən bilet satışları həyata keçirilir. Həm adi qaydada, həm də onlayn vasitəsilə”, - deyə Kompleskin növbə rəsisi əlavə edib.
O, həmçinin vurğulayıb ki, bayram ərəfəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunacaq.
“Bütün istiqamətlər üzrə də, əlavə nəqliyyat vasitəsi xəttə buraxılacaq”, - deyə Abdullayev qeyd edib.