Vəsxanım Orucova
Fəlsəfə üzrə fəlsəfə doktoru
BDU-nun Politologiya və sosiologiya kafedrasının dosenti
İkinci dünya müharibəsindən sonra baş verən hadisələr (SSRİ-nin süqutu və birqütblü dünyanın yaranması, Avropa dövlətlərinin inteqrasiyası, iqtisadi qloballaşma, etnik separatizmin və konfessional terrorizmin artması) beynəlxalq reallığı düzgün qiymətləndirməyi və gələcək perspektivləri müəyyənləşdirməyi tələb edir.
Müəyyən dövrlərdə cəmiyyətdə inkişaf prosesi siyasi, iqtisadi, sosial münasibətlərin bir vəziyyətdən keyfiyyətcə yeni vəziyyətə keçməsi ilə müşahidə olunur və bu mərhələ “keçid dövrü” adlanır. Bu dövr yeni siyasi, sosial, iqtisadi, mənəvi münasibətlərin meydana gəlməsi və formalaşması prosesidir.
Hazırda bir çox dünya dövlətləri demokratiyaya, bazar iqtisadiyyatına keçid mərhələsini yaşayır. XX əsrin 90-cı illərindən etibarən 27 postsosialist dövləti planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçdi. Artıq 1997-ci ildə Dünya Bankının məlumatına görə 156 dövlət bazar iqtisadiyyatına əsaslanmışdı.
Dövlətlər qlobal iqtisadi məkanda iştirak səviyyəsinə və ona təsir imkanlarına görə “böyük” və “kiçik” dövlətlərə bölünürlər:
- bazar iqtisadiyyatı sistemi tam gücü ilə fəaliyyət göstərən inkişaf etmiş “kiçik” dövlətlər (Belçika, Danimarka, Hollandiya, İsveçrə, Norveç, Finlandiya və s.);
- ənənəvi iqtisadi sistemin fəaliyyət göstərdiyi inkişaf etməkdə olan “kiçik” dövlətlər (kiçik Afrika dövlətləri);
- keçid iqtisadiyyatlı “kiçik” dövlətlər (Azərbaycan, Gürcüstan, Latviya, Litva, Estoniya və s.). Bu ölkələr iki qrupa ayrılır:
- milli dövlətçiliyin təkmilləşdirilməsi yolu ilə bazar iqtisadiyyatı sisteminə keçən “kiçik” ölkələr (Polşa, Macarıstan və s.);
- müstəqilliyin əldə edilməsi və ya bərpa edilməsi ilə yanaşı bazar iqtisadiyyatı sisteminə keçən ölkələr (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və s.). Bu qrupa daxil olan ölkələr sovet rejiminin doğurduğu problemləri həll etmək məcburiyyətində qalmışlar.
BMT-nin İqtisadi və Sosial Şurasının apardığı təhlilə görə ölkələr üç əsas qrupa bölünür:
- inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələr (25 ölkə: ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, İtaliya və s.);
- keçid iqtisadiyyatlı ölkələr (27 ölkə: Şərqi Avropa ölkələri, keçmiş sovet respublikaları və keçmiş Yuqoslaviya ərazisində yaranmış yeni dövlətlər);
- inkişaf etməkdə olan ölkələr (ən kasıb ölkələr – 44 ölkə; qeyri-neft ixracatçısı olan ölkələr – 88 ölkə);
- neft hasil edən və ixrac edən OPEK ölkələri – 13 ölkə.
Tədqiqatçılar bu ölkələri bir neçə qrupa ayırırlar:
- gəlir səviyyəsi aşağı olan ölkələr (61 ölkə: bura 21 kasıb ölkə də daxildir). İnkişafdan geri qalmış ölkələr qrupuna 8 Asiya, 28 Afrika, 5 Latın Amerikası, Okeaniya ölkələri və s. daxildir;
- orta gəlir səviyyəsinə malik ölkələr (73 ölkə);
- yeni sənaye ölkələri (11 ölkə: Argentina, Koreya, Meksika, Sinqapur, Tayvan, Türkiyə və s.);
- OPEK ölkələri (13 ölkə).
Dünya dövlətlərinin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatına keçmədən ölkəni sosial-siyasi, iqtisadi və mənəvi böhrandan xilas etmək qeyri-mümkündür. İqtisadiyyatda inzibati vasitələrin lazımi səmərə vermədiyi bir dövrdə milli iqtisadiyyatı formalaşdırmaq, cəmiyyət üzvlərinin tələbatlarını ödəmək və milli inkişafı təmin etmək üçün bazar elementlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatçılar (1, 2, 4, 5, 7, 10) bazar iqtisadiyyatı ilə bağlı fikirlərini müxtəlif mövqelərdən izah edirlər:
- cəmiyyətdə demokratik islahatlara getmədən totalitar sistem şəraitində iqtisadi islahatlar aparmaq, yəni bazar iqtisadiyyatına keçmək olar (məsələn, Şimali Koreya);
-keçid prosesində təkcə siyasi sistem və onun təsisatları dəyişmir, həm də cəmiyyətin sosial strukturu, insanların şüuru və psixologiyası böyük dəyəşikliklərə məruz qalır;
- “ikiqat keçid ” unikal eksperimentdir və bazar iqtisadiyyatı demokratik təsisatlardan əvvəl formalaşır.
Z. Bjezinski totalitarizmdən demokratiyaya keçid prosesinin MDB ölkələrində 15-20 il davam edəcəyini bildirmiş, “Böyük dəyişiklik” adlı məqaləsində postkommunist ölkələrində transformasiya proseslərini təhlil edərək onları bir neçə qrupa ayırmışdır:
- plüralist demokratiyanın inkişaf etdiyi ölkələr (Polşa, Çexiya, Macarıstan, Sloveniya, Estoniya);
- iqtisadi və siyasi islahatların uğurla həyata keçirildiyi ölkələr (Slovakiya, Xorvatiya, Bolqarıstan, Rumıniya, Litva, Latviya);
- qeyri-müəyyən iqtisadi, siyasi gələcəyi olan ölkələr (Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan);
- acınacaqlı perspektivə malik olanlar (Serbiya, Albaniya, Makedoniya, Bosniya, Moldova, Tacikistan) (3, s. 23)
Hərçənd müstəqilliyin ilk illərində postsovet ölkələrində xaos, böhran, vətəndaş müharibəsi təhlükəsi və s. hallar hökm sürsə də, hazırda belə yanaşma bu dövlətlərin real durumunu real əks etdirmir.
Sosialist ölkələrində böhranlı vəziyyətin yaranması müəyyən amillərlə əlaqədar olmuşdur:
- hakimiyyət kommunist partiyasının inhisarında olduğu üçün demokratiyanın inkişaf edə bilməməsi;
- məhsuldar qüvvələrin inkişafının zəifləməsi, əməyə marağın azalması, əhalinin maddi vəziyyətinin pisləşməsi;
- milli münaqişələrin artması;
- hakim siyasi partiyanın ideologiyasına inamın itməsi, ideologiyasızlaşma, mənəvi böhran.
Sosialist ölkələrində gedən transformasiya prosesi eyni vaxtda baş verən üç mühüm dəyişikliklə (siyasi, iqtisadi, ərazi) əlaqələndirilir.
Keçid dövrünün müxtəlif mərhələləri bu dövrə qədəm qoyan postsosialist ölkələrinin qeyri-bərabər inkişaf səviyyəsi ilə bağlıdır. Bu ölkələrin bəzilərində sosial ziddiyyətlər kəskin forma almadığı üçün iqtisadi inkişaf, sosial, siyasi durum nisbətən qısa dövrdə - 15-20 il ərzində inkişaf etmiş demokratik cəmiyyət qurmağa imkan vermiş və cəmiyyətin transformasiyası prosesi nisbətən sürətlə getmişdir. Məsələn, Avropa ekspertlərinin rəyinə görə keçmiş sosializm sisteminə daxil olan ölkələr içərisində ən yüksək inkişaf səviyyəsinə malik olan Çexiya 20 il müddətinə Mərkəzi və Qərbi Avropa ölkələri səviyyəsinə çata bilər.
Keçmiş sosialist ölkələrində iqtisadiyyatın transformasiyası beş əsas istiqamətdə həyata keçirilir: liberallaşdırma, sabitləşdirmə, özəlləşdirmə, iqtisadi təsisatların formalaşdırılması, iqtisadiyyatın strukturunun yenidən qurulması. Bazar münasibətləri şəraitində iqtisadiyyatın yeni təməl üzərində qurulması aşağıdakı vəzifələrin yerinə yetirilməsini tələb edir:
- iqtisadiyyatı xarici asılılıqdan xilas etmək və onun müstəqilliyini təmin etmək;
- yeni idarəetmə mexanizmi üçün hüquqi-iqtisadi zəmin yaratmaq.
Təbii ki, bu vəzifələrin həyata keçirilmə müddəti daxili və xarici amillərdən asılıdır. İqtisadi və siyasi sistemdə, sosial strukturda baş verən dəyişikliklərin xarakteri, sürəti bu və ya digər ölkədə struktur-iqtisadi, etnomədəni, siyasi və digər amillərdən asılıdır.
Şərqi Avropa dövlətlərində (Çexiya, Slovakiya, Macarıstan, Polşa və s.) keçid dövrü postsovet dövlətlərinin bu istiqamətdə keçdiyi tarixi inkişaf yolundan fərqlənir:
- SSRİ ilə müqayisədə Şərqi Avropa ölkələri sosializm cəmiyyətində az yaşadığına və bu ölkələrdə bazar iqtisadi sistemi tam dağılmadığına görə inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçid daha asan olmuşdur;
- bu dövlətlərdə sosializm sistemindən əvvəl bazar iqtisadi sistemi tam formalaşmış, onlar inkişaf etmiş ölkələr qrupuna daxil olmuşlar;
- Şərqi Avropa ölkələrində mövcud olan milli şüur və intellektual səviyyə bazar iqtisadiyyatına keçidi sürətləndirmişdir.
Klassik bazar iqtisadiyyatı ölkələri ictimai inkişafın təkamül nəzəriyyəsinə əsaslandığına görə həmin ölkələrdə keçid dövrü olmamış, iqtisadi inkişaf pilləli xarakter daşımış və bazar iqtisadiyyatı üç mərhələli inkişaf yolu keçmişdir:
1. Bazar iqtisadiyyatının təşəkkülü və inkişafı. Bu mərhələdə bazar münasibətlərinin formalaşmasının maddi ilkin şərtləri yaranmışdır.
2. Bazar iqtisadiyyatının azad rəqabət dövrü.
3. Qarışıq iqtisadiyyatın-tənzimlənən, çoxmülkiyyətli iqtisadiyyatın formalaşması və inkişafı.
Keçid dövrü cəmiyyətlərinin iqtisadi sistemi çoxukladlı olmaqla, yanaşı çoxsaylı təsərrüfat formaları arasında bazar əlaqələrinin hələ formalaşmadığı, həm köhnə, həm də idarəetmə mexanizminin ünsürlərini özündə ehtiva edən və bir iqtisadi sistemdən digərinə keçid funksiyasını yerinə yetirən spesifik bir iqtisadi sistem kimi xarakterizə oluna bilər.
Tədqiqatçılar (6,7,8,9) keçid dövrünün aşağıdakı iqtisadi qanunauyğunluqlarını müəyyənləşdirmişlər:
- qeyri-sabitlik. Keçid iqtisadiyyatı iqtisadi sistemin tam formalaşmamış vəziyyətidir. O əvvəlki iqtisadi sistemlə yeni iqtisadi münasibətləri əlaqələndirir;
- inkişafın çoxvariantlılığı. Bir iqtisadi sistemdən digərinə keçid zamanı iqtisadi sistemin müxtəlif variantları yaranır;
- xüsusi keçid dövrünün meydana gəlməsi və fəaliyyəti. Bu formaya daha çox keçid dövrünün ilk illərində təsadüf edilir. Bu zaman məhsuldar qüvvələrin inkişafı ləng getsə də, o, keçid iqtisadi münasibətlərinin formalaşması və inkişafına təkan verir;
- tarixilik. Keçid iqtisadiyyatı keçid xarakteri daşıdığına görə dialektikanın tələbi ilə onun bazar iqtisadiyyatının sivilizasiyalı mərhələsinə çatması labüddür.
Keçid iqtisadiyyatının üç meyarı əsasında keçid dövrünün başa çatmasının hansı səviyyədə olmasını müəyyən etmək olar:
- iqtisadiyyatın bütün sahələrində bazar münasibətləri ünsürlərinin formalaşması;
- bazar mexanizminin fəaliyyətinin səmərəliliyi;
- ümumi daxili məhsulun istehsalını ümumi böhrandan əvvəlki səviyyədə bərpa etmək və onu ötüb keçmək .
Dünya təcrübəsində keçid dövründə iqtisadi islahatların həyata keçirilməsinin iki modeli mövcuddur:
1. Bazar təsisatlarının tədricən formalaşmasını nəzərdə tutan təkamül yolu (Çin, Macarıstan və s.). Bazar iqtisadiyyatına təkamül yolu ilə keçən ölkələrdə həyata keçirilən islahatları aşağıdakı xüsusiyyətlər səciyyələndirir:
- islahatlar kənd təsərrüfatı sahəsindən başlayır;
- bazar münasibətləri əvvəlcə istehlak mallarının istehsalı və satışı, sonra isə investisiya sahəsini əhatə edir;
- qiymətlərin liberallaşdırılması islahatın sonrakı mərhələlərində həyata keçirilir;
- güclü inhisarçılığa meylli sahələrdə qiymətlərə dövlət nəzarəti saxlanılır;
- inflyasiyaya yol verməmək üçün sərt maliyyə siyasəti yeridilir.
2. “Şok terapiyası” modeli. Şərqi Avropa ölkələri və Rusiyada tətbiq olunan islahatların sürətlə həyata keçirilməsini nəzərdə tutan bu modelin metodoloji əsasını iqtisadi liberalizm nəzəriyyəsi və sərt siyasət doktrinası təşkil edir. Bu strategiya iki əsas istiqaməti (antiinfilyasiya proqramı və dərin instutsional islahatlar) özündə birləşdirir. “Şok terapiyası” proqramının tərəfdarları öz modellərinin reallaşmasının iki mərhələsini qeyd edirlər. Birinci mərhələdə (1-2 il) infilyasiyaya qarşı əsaslı tədbirlər həyata keçirilir. Bazarda maliyyə tarazlığı əldə olunur. İkinci mərhələdə (10-15 il) iqtisadiyyatda mühüm dəyişikliklər həyata keçirilir və iqtisadi yüksəliş təmin olunur.
Qərb ölkələrində “ikiqat keçid”dən bəhs edərkən tədqiqatçılar üç istiqamətə diqqət yetirirlər:
- totalitar dövlətdə iqtisadi dəyişikliklər getməli, bazar iqtisadiyyatı yaranmalı, sonra demokratik siyasi rejimə keçilməlidir;
- demokratiyaya keçilməli, sonra iqtisadi islahatlar yolu ilə bazar iqtisadiyyatı qərarlaşmalıdır;
- siyasi və iqtisadi islahatlar paralel, tədricən həyata keçirilməlidir.
Tədqiqatçılar çıxış yolunu iki vəzifədən birinin reallaşdırılmasında görürlər: ya demokratikləşdirməyə başlamazdan əvvəl iqtisadi islahatlar keçirmək, ya da iqtisadi islahatlardan əvvəl demokratiyanı möhkəmləndirmək. Birinci istiqamətin tərəfdarları avtokratik yolu iqtisadi liberallaşmanın optimal yolu hesab edirlər.
Təbii ki, keçid dövrünün sürətlə keçməsi və ya ləngiməsi onun əsas problemlərinin necə həll olunmasından asılıdır.
QEYDLƏR:
1.Abbasov Ə.F., Əsgərov İ.S. Keçid dövrü və yeni iqtisadi təfəkkür(sosial-fəlsəfi təhlil). Bakı: Nafta-Press, 2001
2. Ахмедова Т.Т. Государство и общество переходного периода // Fəlsəfə (elmi-nəzəri jurnal), Bakı, 2006, № 3-4 (5), s. 67-77
3. Бжезинский З. Великое преобразование // Демократия 90-х, Глобальные проблемы переходного периода. 1997, №6, с. 23
4.Медведев В. Драматические страницы экономической реформации // Вопросы экономики, 1995, № 6, с. 112
5. Рустамбеков Г.Б. Национальные экономические интересы в процессе постсоциалистической трансформации и глобализации. Баку: Чашыоглы, 2009, 370 с.
6.Вайнштейн Г. Посткоммунистическое развитие глазами западной политологии // МЭ и МО, 1997, № 9, с. 150
7.Jonas Kornai. From Socialism to Capitalism: Eight Essays.2008,Central Evruopan Universitety Press, 256 p.
8.C.R.Macconnel. Economics: Prinsiples, Problems and Policies. 2011, Mg Graw-Hill/Irwin, 896 p.
9.S.İ.Brue. Economics: Prinsiples, Problems and Policies 2. 2011, Mg Graw-Hill/Irwin, 896 p.
10. İsmayılov D. Azərbaycan cəmiyyətinin transformasiyasının zəruriliyi və keçid dövrünün spesifikliyi // Azərbaycan cəmiyyəti transformasiya şəraitində. AEA, Bakı, 2001, s. 10-25
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM