Strategiya.az bildirir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azər Orucov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, İ.Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət işinin istintaqı DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi aparıb.
Cinayət işi üzrə yeddi nəfər özbək qadın zərərçəkmiş kimi tanınıb. Məlum olub ki, İ.Qəmbərova həmin qadınları cinsi istismara məruz qoyub.
Törətdiyi əmələ görə, İ.Qəmbərovaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.1 (insan alveri), 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-3.4 və 243.1-ci (fahişəliyə cəlb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, erməni əsilli olduğu bildirilən İ.Qəmbərova saxlanılarkən özünü keçmiş həyat yoldaşının azərbaycanlı arvadı kimi təqdim edib.