Siqaretlərin ucuzlaşması davam edir. İndi siqaretin qoxusu az qala ...

10:09 / 13.03.2016

Azərbaycanda siqaretlərin günbəgün ucuzlaşması davam edir.
 
Strategiya.az anspress-ə istinadən xəbər verir ki, bir həftə bundan əvvəl 2,70-2,80 AZN olan siqareti bu gün 1,30-1,40 AZN-ə almaq olar. Bəs, görəsən, dolların məzənnəsinin hər gün qalxdığı bir vaxtda siqaretlərin qiymətinin iki dəfə ucuzlaşmasına səbəb nədir? Qiymətin aşağı düşməsi, onun keyfiyyətinə necə, təsir edibmi?
 
25 ildən çoxdur siqaret çəkən Mahir Abdullayev deyir ki, son vaxtlar çəkdiyi siqaretin ona pis təsir etdiyini müşahidə edib: “Uzun illərdir siqaret çəkirəm, amma bir aya yaxındır ki, siqaret çəkəndən sonra özümü narahat hiss edirəm. Başım gicəllənir, sinəm ağrayır, mədəm göynəyir. Ətrafımdakı insanlar da deyir ki, çəkdiyim siqaretdən gələn qoxuda da fərqlilik var. İndi siqaretin qoxusu az qala kənardakı insanı da zəhərləyir”, - deyə şikayətçi bildirdi.
 
Azərbaycana siqaret idxal edən şirkətlərdən birinin nümayəndəsi deyir ki, onlar siqareti Ukrayna, Volqoqrad və Saratovdan gətirirlər: “Biz bütün siqaretləri hazır formada idxal edirik, yalnız iki adda siqaret var ki, onlar üçün tütünü xaricdən gətiririk, amma burada istehsal olunur”.
 
Siqaret qiymətlərinin aşağı düşməsinə gəldikdə isə şirkət nümayəndəsi bildirdi ki, bəzi siqaret markalarının qiymətinin azalması onlara tələbatın aşağı düşməsinin nəticəsidir: “Bu siqaretlər baha idi və onlara tələbat azalırdı, ona görə də onların qiymətini şirkət aşağı salmaq qərarına gəldi. Bahalı siqaretlərə tələbat yenə də azalarsa, bu proses davam edə bilər. Amma bu o anlama gəlmir ki, onun içinin də keyfiyyəti aşağı düşüb. Qiymətin aşağı düşməsi keyfiyyətə təsir etməyib”, - deyə şirkət təmsilçisi vurğulayıb.
 
Həkim Adil Qeybulla deyir ki, şikayətçilərin siqaret barədə dedikləri tamamilə düzdür: “Mən hesab edirəm ki, ölkəyə idxal olunan ərzaq məhsullarının böyük bir qismi kimi, siqaretlərin də keyfiyyət parametrləri kifayət qədər aşağıdır. Çünki bu dəqiqə hər məhsulun saxtasını düzəltmək mümkündür. Odur ki, bu gün qiyməti aşağı düşən siqaretlərin də, bəlkə də, saxtası satışa çıxarılır. Tütünün orqanizmə zərərli təsiri bir yana qalsın, onun düzgün işlənməsi standartlara uyğun olmalıdır. Standartdan kənarda olanda isə tütünün daxilində elə maddələr əmələ gəlir ki, onlar da yanarkən orqanizmə çox böyük ziyan vurur. Çünki sübut olunub ki, hər 20 siqaret çəkəndən biri mütləq ağciyər xərcəngi tutur. İndi təsəvvür edin, əgər, bu, siqaret keyfiyyətsizdirsə, onda nə baş verir”,- deyə həkim əlavə etdi.
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, siqaretin qiymətinin aşağı düşməsi, əsla, onun keyfiyyətinə dəlalət etməməlidir. “Qiymət siyasətini Azərbaycanda bazar özü tənzimləyir. Bu gün hər hansı bir siqaretin qiymətini aşağı salıblarsa, demək, bu onun həqiqi qiymətidir. Bundan öncəki qiymətlər şişirdilmiş qiymətlər olub. Bu da sahibkarlar tərəfindən istehlakçılara qarşı atılmış düzgün addım deyildi. Bu gün dövlət qurumlarının səyi nəticəsində qiymət salınıbsa, bu, o demək deyil ki, onun keyfiyyəti də düşüb. Bizə siqaretlər barəsində heç bir şikayət daxil olmayıb”, - deyə qurum rəsmisi bildirdi.
 
Fazil Talıblı onu da əlavə etdi ki, kimsə hər hansı bir siqaretin keyfiyyətindən şübhələnirsə, məhsulla birlikdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edə bilər və ya 963 nömrəli qaynar xəttinə zəng edə bilərlər. “Bundan sonra onların müraciəti əsasında siqaret laboratoriya yoxlamasından keçiriləcək və yalnız bundan sonra məlum olacaq ki, həmin siqaret standartların tələbinə uyğundur, ya yox”, - deyə rəsmi nümayəndə vurğuladı.
 
Ümumilikdə, Azərbaycana siqaretin 99%-i Ukrayna və Rusiyadan gətirilir. Buna səbəb 1997-ci ildən qüvvədə olan və MDB ölkələrinə güzəştlər müəyyənləşdirən aksiz hesablanma qaydasıdır. Ona görə də, Rusiya və Ukraynada siqaretin qiyməti ölkəmizə nisbətən çox ucuzdur. Bundan başqa, tütün və tütün məmulatı ilə bağlı qaydaların pozulması məsələsində xarici ölkələrdə qanunvericilik daha sərtdir. Məsələn, Rusiyada azyaşlıya siqaret satılmasına görə hüquqi şəxs 100 mindən 150 min rubladək cərimələnə bilər. Azərbaycanda isə yetkinlik yaşına çatmayanlara siqaret satanlara 100 manat miqdarda cərimə nəzərdə tutulur.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə Azərbaycanda siqaretin orta satış qiyməti 13,6%, 2015-ci ildə isə təxminən 2 dəfə artıb. Bu gün isə qiymətlər 40-50% azalıb.
 
Bildiyimiz kimi, siqaret qutularının üzərində "siqaret çəkmək sağlamlığınıza ziyandır" sözləri yazılıb. Odur ki, siqaret çəkən insanlarda müxtəlif xəstəliklər yaranır. Dünya ölkələri arasında ilk 25-liyə sadəcə çəkdiyimiz siqaret sayı ilə düşdüyümüzü, siqaretin qiymətinin iki dəfə aşağı düşməsinin onun keyfiyyəti ilə əlaqədar olduğunu nəzərə alsaq, məsələsi ilə aidiyyatı qurumlar dərhal hərəkətə keçməlidirlər. Bu arada siz vətəndaşlara da məsləhətimiz var: keyfiyyətindən asılı olmayaraq, siqaret çəkməkdən uzaq olun!
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM