Martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsi avtomobili sərxoş idarə edənlərin cəriməsini yüngülləşdirib.
Sərxoş halda qaydaları pozan sürücülərə qarşı hansı cəzanın tətbiq ediləcəyini yol polisi müəyyənləşdirir. Yol polisi həmin sürücünü 400 manat cərimə edə və 5 cərimə balı ilə cəzalandıra bilər və yaxud sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəməyə göndəriş yaza bilər.
Bu məsələ bəzi sürücülərin narazılığına səbəb olsa da, ekspertlər bu prosesin əksinə, sürücülərin xeyrinə olduğunu deyir.
Müstəqil ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər zahirən cərimələrin artırılması kimi görünsə də, əslində belə deyil: "Yeni dəyişiklik sürücülərin xeyirinədir və bu, yaxşı haldır. Dəyişikliyi sistemli təhlil edəndə görünür ki, yeni qaydalara əsasən bu proses həm sadələşdirilib, həm də cərimələr yüngülləşdirilib. Dəyişiklikdən əvvəl İnzibati Xətalar Məcəlləsində iki fərqli maddə var idi. Bunlardan biri məcəllənin 152-1.1-ci maddəsi idi. Bu maddə sərxoş vəziyyətdə olan sürücünün avtomobili idarə etməsi idi. Maddəyə görə, həmin sürücünün heç bir qayda pozmadan avtomobili idarə etməsi aşkarlanırdısa, sürücü 300 manat cərimə və ya 6 aydan 12 aya qədər sürücülük hüququ məhdudlaşdırılırdı. Digər maddə 152-1.2-ci maddəsi idi ki, bu maddəyə görə, sürücülük hüququ olan şəxs avtomobili sərxoş vəziyyətdə idarə edir və ilk dəfə qayda pozursa, sürücünün sürücülük hüququ 12 ay müddətinə məhdudlaşdırılır və 400 manatdan 500 manata qədər cərimə nəzərdə tutulurdu. Bu ağır cəza idi. Amma yeni dəyişiklikdə belə deyil".
Ə. Hüseynov deyib ki, məcəllədəki yeni dəyişikliyə görə isə bu cəza növü bir az yüngülləşdirilib: "Yəni sürücü qırmızı işıqda keçdi, kobud şəkildə qayda pozdu, "Saxla" əmrinə tabe olmadı, fərqi yoxdur. Bu xətanı törədənin cəriməsi 400 manat və ya 6 aydan 12 aya qədər sürücülük hüququnun məhdudlaşdırılmasıdır. Əvvəl isə bu hala görə cərimə 500 manat idi. Həm də bu qayda pozuntusuna yol verən şəxsin sürücülük hüququ mütləq halda 12 ay müddətinə məhdudlaşdırılırdı. Amma indi elə deyil. İndi bu halları yol polisləri müəyyən edir. Sürücülük hüququnun məhdudlaşdırılması üçün sürücülük vəsiqəsi məhkəməyə göndərilə də bilər, bu məsələ cərimə ilə də bitə bilər. Bu dəyişiklik birbaşa sürücülərin xeyrinə olan dəyişiklikdir. Dəyişiklik sürücülərin məsuliyyətini yüngülləşdirilib".
Ekspert qeyd edib ki, yol polisinin istənilən halda sürücünü sürücülük hüququndan məhrum etmək səlahiyyəti yoxdur: "Bu səlahiyyət yalnız aidiyyəti məhkəmə orqanının səlahiyyətindədir. Sadəcə olaraq, yol polisi sərxoş sürücünün sərxoşluq dərəcəsini və törətdiyi qayda pozuntusunun həddini müəyyən edir və sənədləri aidiyyəti üzrə məhkəməyə göndərir. Sürücülük hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması barədə son qərarı məhkəmə verir".
Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM