Xatırladaq ki, bu gün "Sözçü" qəzeti Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadının adını açıqlayıb.
Qəzetin məlumatına görə, terrorçu-intiharçının PKK terror təşkilatının üzvü S.Ç.Dəmir olduğu ehtimal edilir.
Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.
Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb. /trend/