Ekologiya və Təbii Sərvətlər Nazirliyinn Milli Hidrometeorologiya Departamentindən Strategiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Günün ikinci yarısında yağış tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq.
Qeyd edək ki, dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4,5 dərəcə yuxarı olub.
Azərbaycanın rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə isə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın tempraturu gecə 1-5 dərəcə isti, gündüz 6-11, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.