Mart ayı ərzində daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində təkcə rəsmi açıqlamalara əsasən, Ermənistan ordusunda 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Strategiya.az bildirir ki, AZƏRTAC planetaarmenia.ru saytına istinadla xəbər verir ki, Ermənistan hakimiyyəti bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail olur.
“Lakin bütün bu qadağalara baxmayaraq sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, ordumuzda vəziyyət bizim təsəvvür etdiyimizdən də qat-qat acınacaqlı, ağır və ciddidir. Ordudakı ədalətsizliyin, aclığın, səfalətin və digər neqativ halların qurbanları fiziki və psixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgərlərdir. Bu vəziyyətdən yeganə çıxış yolunu isə onlar intiharda, özlərinə müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər”-deyə planetaarmenia.ru yazır.
Sayt Ermənistan ordusundakı acınacaqlı vəziyyətə bəzi misallar göstərir. Məsələn, Ermənistandan hərbi xidmətə çağırılan zabit, Levon adlı taqım komandiri içki məclisində Qarabağda xidmətin dözülməzliyi mövzusunda mübahisə zamanı yerli erməniləri və yezidi kürd hərbçini təhqir etdiyi üçün kütləvi dava düşüb. Nəticədə ciddi xəsarətlər alan bir neçə nəfər Stepanakert hərbi hospitalına çatdırılıb. Levona isə həkimlər burun və bir neçə qabırğa sınığı diaqnozu qoyublar. Kütləvi davanın digər iştirakçıları isə Yerevandan gələn təhqiqat qrupunun üzvlərinə cavab verməli olacaqlar. Çünki artıq Ermənistanda yerli-qarabağlı prokurorlara etibar etmirlər.
Daha bir fakt. Marelyan soyadlı hərbçi tərəfindən amansızcasına döyülən Arman Rambelyan ağır vəziyyətdə hərbi hissənin tibb məntəqəsinə çatdırılıb.
Dağlıq Qarabağdan olan erməni komandiri Xron Qulyan tərəfindən şəxsi heyət qarşısında döyülən ermənistanlı Yerem adlı hərbi qulluqçunun da səhhətində ciddi problemlər aşkarlanıb.
Albert Saakyan adlı əsgər isə Qarabağ erməniləri tərəfindən təhqirlər ucbatından altı yerdən damarlarını kəsərək intihara cəhd göstərib. Digər iki hərbçi - kəşfiyyatçı Arkadi Matevosyan və əsgər Levon Akopcanyan da təhqirlərə və alçaldılmaya tab gətirməyərək xidmət yerlərini özbaşına tərk ediblər.
Aravot.am saytının yaydığı xəbərə görə, martın 14-də Noyemberyan rayonu ərazisində yerləşən hərbi hissələrin birində əsgər ölümü baş verib. Kamo Martirosyan adlı əsgər təhqirlərə dözməyərək intihar edib.
Sayt daha sonra yazır: “Ermənistan hakimiyyətinin qadağalarına baxmayaraq, sızan məlumatlara əsasən belə bir sadə nəticəyə gəlmək olar ki, ordumuzda xidmətdən yayınma məqsədilə özünə xəsarət yetirmə adi hadisə, sui-qəsd isə təbii haldır. Amma narahatçılıq doğuran daha bir hal əsgərlər arasında panikadır. Orduda vəziyyət hətta o yerə çatıb ki, hərbçilər qorxudan tez-tez cəbhə xəttinin sağ və sol cinahlarında olan öz mövqelərimizi də düşmənlə səhv salaraq atəşə tuturlar”.
P.S. Martın 15-də Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı Arsen Qəribcanyan küllü miqdarda rüşvət alarkən hərbi polisin xüsusi əməliyyat xidməti tərəfindən saxlanılıb. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM