Nazirin oğlu, onun biznes-imperiyasını idarə edən Anar Mahmudov ...

23:41 / 15.03.2016

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun korrupsiya əməllərinə dair yeni faktlar məlum olub.

Strategiya.az virtualaz.org-a istinadən bildirir ki, nazirin oğlu, onun biznes-imperiyasını idarə edən Anar Mahmudovun Bakının Yasamal rayonu, İsmayıl Qutqaınlı küçəsində yerləşən "Altes Plaza" biznes mərkəzində yerləşən daha bir ofisi olub.

Qeyd edək ki, Eldar Mahmudovun şər və qorxu imperiyasının hökmranlığı dövründə onun taladığı pullar hesabına qurduğu biznes imperiyası barədə mətbuatda hər hansı məlumata rast gəlmək mümkün deyildi. Bu haqda təbii ki, heç kim danışmazdı, danışmağa cəsarət etməzdi.

Lakin Mahmudov və dəstəsi zərərsizləşdiriləndən sonra məlum oldu ki, keçmiş milli təhlükəsizlik naziri nəhəng biznes şəbəkəsinə malikdir. Onun "Caspian Crystal Holding"də birləşən biznesini oğlu Anar Mahmudov idarə edir. Və holdinqin ofisi Bakının Yusif Səfər küçəsi, 33 ünvanında yerləşən "Crystal Plaza"da yerləşir. Yer gəlmişkən həmin plaza həm də Mahmudovun mühüm görüşlər keçirmək üçün istifadə etdiyi məkan olub.

İndi isə məlum olub ki, Mahmudovun oğlu 2014-cu ilin iyul ayında "Altes Group" tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli "Altes Plaza" biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb.

Başqa məlumata görə isə, Eldar Mahmudov "Altes Group" şirkətinə şərik olub, yaxud bu şirkətin biznesinə himayəçilik edib. İstisna deyil ki, mənzillər əslində onun oğluna "haqq" olaraq verilib.

Habelə məlum olub ki, 2014-cü ildə Eldar Mahmudov oğlu ilə birbaşa və qorunan rabitə əlaqəsi saxlamaq üçün Anar Mahmudovun "Altes Plaza"da yerləşən kabinetindəki telefonunu MTN-ə məxsus rabitə qovşağı üzərindən nazirliyin xüsusi rabitə kabellərinə qoşdurub. Və Anar Mahmudovun telefonu atasının MTN-dəki birbaşa rabitə pultuna birləşdirilib. Ötən ilin oktyabrında E.Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra A.Mahmudovun həmin ofisində də axtarış aparılıb, onun atası ilə birbaşa rabitə saxladığı telefon aşkar edilərək götürülüb və MTN-in rabitə şəbəkəsindən ayrılıb.


Sayt yazır ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. Belə ki, Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 205 hektar torpaq sahəsi Anar Mahmudovun rəhbərlik etdiyi "Kometa-T" MMC şirkətinin adına rəsmiləşdirilib. Bu torpaq sahəsinin üzüm bağları salmaq üçün alındığı təxmin edilir və keçmiş icra hakimiyyəti başçısı Asif Məmmədovun dövründə eks-nazirin oğlunun adına qanunsuz yollarla rəsmiləşdirilib.

Maraqlıdır ki, bir neçə ay əvvəl Asif Məmmədovla bağlı maraqlı fakt üzə çıxıb. Məlum olub ki, Şamaxının icra başçısı vəzifəsindən çıxarılandan az sonra A.Məmmədovun Bakının "Milyonerlər məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsindəki villasına naməlum maskalılar basqın edib. Onlar ev sahiblərinin əl-qolunu bağlayaraq evdən 4 milyon dollara yaxın nəğd pulu aparıblar. Keçmiş başçı bu haqda heç yana şikayət etməyib. Ehtimal edilir ki, evə basqın edən maskalılar MTN generalı Akif Çovdarovun adamları olub və A.Məmmədov hansısa maxinasiyalarına görə bu cür cəzalandırılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM