Strategiya.az bildirir ki, "Report"un məlumatına görə, onun vəzifəsindən azad edilməsinə səbəb kimi yaşının çox olması göstərilib.
Q.Zamanov isə yaşının çox olması ilə razılaşdığını, lakin daha bir neçə ay vəzifədə qalmasına imkan verilməsini Vəkillər Kollegiyasının rəhbərliyindən xahiş edib. Belə ki, o, dörd aydan sonra 90 yaşı tamam olacağını deyərək, məhz ilin ortasına qədər müdir vəzifəsində qalmaq istədiyini bildirib. Lakin onun xahişi nəzərə alınmayıb.
Bu il 90 yaşı tamam olacaq Q.Zamanov 6 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsindən azad edilsə də, həmin qurumda vəkil kimi çalışır.
6 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsinə isə Mirzə Rəhimov təyin edilib.