Virtualaz.org xəbər verir ki, bu gün yağan qar Bakı-Şamaxı yolunun buz bağlaması ilə nəticələnib.
Sürücülərdən aldığımız məlumata görə, Bakı-Şamaxı yolunun 50-ci kilometrliyindən etibarən artıq yollar buz bağlayıb. Səhər saat 07:30 radələrindən etibarən isə yerli icra hakimiyyəti tərəfindən Mərəzə yolunda qum səpilməsinə başlanıb.
Şamaxı-İsmayıllı yolunun da ürəkaçan vəziyyətdə olmadığı bildirilir. Belə ki, virtualaz.org-un adı çəkilən yerdə olan əməkdaşından aldığımız məlumata görə bəzi maşınlar bu yolda hərəkətə edə bilmədiyindən geri qayıtmalı olublar.
“İsmayıllı yolunun 20-ci kilometrliyindən üzü Şamaxı istiqamətində isə yolun təmizlənməsi işləri gedir və ətrafda texnika gözə dəyir. Yollardan ən pis vəziyyətdə olan yer Şamaxıdan İsmayıllı yolunun 20-ci kilometrliyinə qədər olan hissədir”, – deyə sürücü Vasif Qurbanov bildirib.
İsmayıllı – Qəbələ yolunun da qarla örtüldüyü, amma texnikanın artıq işə salınıb təmizlənmə işlərinin başladığı bildirilir.
Strategiya.az