Federal Ehtiyatlar Sisteminin (FED) qərarları bütün hallarda bazara təsir edir. Çünki nəzərə alsaq ki, söhbət dünya ehtiyatlarının 62%-nin saxlandığı valyutaya nəzarət edən bir qurumun qərarından gedir, bu halda bu qərar təkcə ABŞ üçün deyil, eyni zamanda dünya üçün vacibdir.
Strategiya.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib.
“Avropa Mərkəzi Bankının qərarından sonra, FED-in uçot faiz dərəcəsinin artırılıb, artırılmaması ilə bağlı məsələ gündəmə gəlib.
Nəzərə alsaq ki, Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsinin azaldılması və dövriyyəyə əlavə olaraq 20 milyard avronun investisiya edilməsi ilə bağlı qərar qəbul edib. Bu qərar da FED-in bu gün qəbul edəcəyi yekun nəticəyə təsir edəcək.
Sözsüz, burda ən çox müzakirə olunan məqam uçot faiz dərəcəsinin sabit qalması və ya uçot faiz dərəcəsinin artırılması ilə bağlıdır.
Hələlik hansı qərarın qəbul ediləcəyi bəlli deyil. Baxmayaraq ki, beynəlxalq ekspertlər, Avropa Mərkəzi Bankının qərarından sonra, güman edirlər ki, FED uçot faiz dərəcəsini olduğu kimi saxlamağa çalışacaq. Amma sözsüz, hansı qərarın qəbul ediləcəyini proqnozlaşdırmaq çətindir, bütün hallarda FED-in qəbul edəcəyi qərar məxfidir”, - deyə iqtisadçı qeyd edib.
O həmçinin qeyd edib ki, bu qərar manatın məzənnəsinə təsir edəcək, amma bütün hallarda manatın məzənnəsi AMB-nin siyasətindən asılı olacaq:
“Əgər FED uçot faiz dərəcəsini saxlayacaqsa, bu zaman, təbii ki, dollar və avro məzənnəsindəki mövcud kursun qorunub saxlanmasına gətirib çıxaracaq.
Nəzərə alsaq ki, dolların məzənnəsi son bir ayda digər aparıcı valyutalar, eləcə də Rusiya rublu da daxil olmaqla aşağı düşüb. Çin valyutası da son bir ayda dollara nisbətdə möhkəmlənib. Belə bir qərar prosesin belə davam etməsinə və stabilləşməsinə səbəb olacaq.
Amma FED uçot faiz dərəcinin artırılması ilə bağlı qərar qəbul edəcəksə, onda, sözsüz, dolların möhkəmlənməsi gözlənilir. Odur ki, bu digər valyutalara təzyiqin artmasına səbəb olacaq.
Eyni zamanda, bu qızıl bazarına da təsir edəcək.
Adətən dollar möhkəmlənəndə dünya bazarında qızıla tələbin azalması müşahidə edilir, bu da təbii ki, qiymətlərə təsir edir. FED-in sonuncu qərarı da göstərdi ki, qərarın bazara psixoloji təsirləri var.
Çünki dollar möhkəmləndikcə, milli valyutalara təzyiq artır, təbii ki, manat da istisna deyil. Amma uçot faiz dərəcəsi sabit saxlanılarsa, bu mövcud dolların dünya bazarındakı mövqeyinə təsir edəcək. Manatın bu halda dollara nibsətən məzənnəsi daha çox AMB-nin siyasətindən asılı olacaq”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, FED bütün hallarda məhz hansısa bir ölkələrin və xammalın bazarında olan qiymətini tənzimləmək yönümündə siyasət aparmır:
“Yanvar ayında FED uçot faiz dərəsinin stabil saxlamışdı. O zaman gözləyirdilər ki, FED uçot faiz dərəsində dəyişiklik edəcəksə, ABŞ iqtisadiyyatı inkişaf edəcək bu isə dünya bazarında neftin qiymətlərinin artmasına gətirib çıxaracaq.
Və artıma doğru addım atacaqdırsa, onda xammalın qiymətində azalma müşahidə ediləcəkdi. Çünki dekabrda atılan addım məhz bu yöndə bazara təsir etmişdi.
Dekabrdan sonra, neftin qiymətində kəskin ucuzlaşma olmuşdu. Yanvar ayında neftin qiyməti 27 dollara qədər ucuzlaşmanı əks etdirmişdi. Orta qiymət isə 30 dollar olmuşdu.
Bu gün çox güman ki, FED uçot faiz dərəcəsini artırmayacaq. Bütün hallarda isə qərar dünyadakı iqtisaid-maliyyə şəraitindən, ABŞ-ın digər ölkələr ilə olan ticarət əlaqələrinin səviyyəsindən asılı olaraq qəbul ediləcək.
Amma bununla belə düşünürəm ki, FED məhz hansısa bir ölkələrin və xammalın bazarında olan qiymətini tənzimləmək yönümündə siyasət aparmır. Bu, kiçik bir seqmentə hesablanmış bir siyasət deyil”.
İ. Şaban onu da qeyd edib ki, bu gün neftin qiymətində müşahidə edilən azalma dünya bzarında təklifin çox olması ilə bağlıdır
“Ən əsas məsələ ondan ibarətdir ki, neft bazarında olan neft qiymətlərinə təsir edən amil hələki bazarda təklif tələbi üstələyir. Bazarda böyük həcmdə neft var. Bu da neftin qiymətlərinin ədalətli deyilən dəhlizə çatmasına imkan vermir”.
Mütəxəssis onu da qeyd edib ki, bu gün Moskvadan OPEK və qeyri OPEK ölkələrinin hasilatı azaldılması ilı bağlı toplantının yeri və zamanı barəsində ziddiyətli xəbərlər gəlir, bu isə artıq bazarda qeyri-ciddi qarşılanır:
“Bir neçə gün öncə, mart ayında neftin qiymətləri 40 dollardan yuxarı bir səviyyədə çatdı, ondan sonra aşağı nenməyə başladı. Bu isə OPEK və qeyri OPEK ölkələri iştirakçılaraının neft hasiltaının dondurulması ilə bağlı, daha doğrusu özlərinin neft hasilatını artırmayacaqlaır ilə bağlı bəyanata təpki verməsi olmuşdu.
Bunu daha çox hallandırılması və bununla bağlı görüşlər keçirilməsi onu dəstəklənməsi ilə bağlı verdikləri vədlər qiymətləri artırmışdı.
İndi isə maraqlıdır ki, bu görüşlərin yeri və məkanı haqqında Moskvadan ziyyətli xəbərlər gəlir, ona görə də hazırda bazarlar buna bir qədər qeyri-ciddi yanaşırlar.
Ona görə də qiymətlər enməyə başlayıb.
ABŞ-da neft hasilatının ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% azalması ilə bağlı hesabat ortaya çıxıb. Bu da bazara təsirsiz ötüşməyib”.
Qeyd edək ki, bu gün dolların taleyinə aydınlıq gətiriləcək. FED uçot faiz dərəcəsinin artırılıb, artırılmayacağı ilə bağlı qərar qəbul edəcək. Analtiklər isə hesab edir ki, FED uçot faiz dərəcəsini dəyişməyəcək.
Hər halda bütün dünya bu gün açıqlanacaq qərarı gözləyəcək.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM