Novruz bayramı ilə əlaqədar 8 gün iş olmaması istirahət üçün insanları sevindirsə də, çoxlarını bir sual maraqlandırır. Bəs qeyri-iş günlərində dollar və ya manatı harda, necə dəyişək?
Mərkəzi Bankın açıqlamasında bildirilib ki, bayram günləri ilə əlaqədar qrafikdə dəyişiklik nəzərdə tutulmayıb və qeyri-iş günləri banklar üçün qüvvədə qalır. Açıqlamada bildirilir ki, kommersiya bankları iş qrafiklərini bayram və qeyri-bayram günlərində özləri müəyyən edir. Burdan belə nəticəyə gəlmək olar ki, kreditin ödənilməsi və valyuta dəyişmə üçün hər bir bank iş qrafikini özü müəyyən edir. Bəs banklarda 8 gün iş olmaması “qara bazar”a necə təsir edəcək? İqtisadçılar deyir ki, bayram günlərində bankların işləməməsi “qara bazar”ın genişlənməsinə səbəb ola bilər.
İqtisadçı Vüqar Bayramov deyir ki, bankların işləməməsi valyutanın yalnız bank və onun şöbəsində, eləcə də istisna olaraq otel və mehmanxanalarda, hava limanında dəyişmələrin olması yerli və xarici vətəndaşlar üçün texniki problemlər yaradacaq: “Bu halda, sözsüz ki, istər manat, istərsə də dolları dəyişmək istəyənlər çətinliklə üzləşəcək. Əgər qabaqlayıcı addım atılmayacaqsa, banklar növbəli şəkildə öz fəaliyyətlərini qurmayacaqsa, təbii ki, bu da “qara bazar”ın yaranmasına gətirib çıxaracaq. Bu halda vətəndaş öz pulunu daha yüksək məzənnə ilə “qara bazar”da dəyişmək məcburiyyətində qalacaq. Mərkəzi Bank çalışmalıdır ki, bayram günündə valyutanı alıb və ya sata bilsin”.
Ekspert Samir Əliyev deyir ki, Mərkəzi Bankın qərarından sonra valyutadəyişmə məntəqələri bağlandı, nəticədə valyuta dəyişməni indi yalnız banklar həyata keçirir: “İstisna olaraq, aeroport, ümumiyyətlə nəqliyyat sektoru ərazilərində, məsələn, dəmiryolu vağzalının, Beynəlxalq Avtovağzalın bu satışı həyata keçirmək hüquqları var. Nəzərə alsaq ki, uzun müddətli bayram günləri olacaq ki, bunun nəticəsində də dollara böyük tələbat ola bilər, bu zaman ajiotaj yarana bilər. Xüsusilə Yeni il ərəfəsində bunun şahidi olduq. Bu baxımdan Mərkəzi Bank banklara göstəriş verməlidir ki, heç olmasa hər bir bankdan bir neçə növbətçi məntəqə fəaliyyət göstərməlidir ki, insanların valyutaya olan tələbatı ödənsin. Əks halda bu, valyuta bazarında gərginlik yarada bilər. Təbii ki, bu gün “qara bazar” problemi hələ də qalmaqdadır. Nəzərə alsaq ki, uzunmüddətli fasilə olacaq, bu halda “qara bazar” üçün çox əlverişli şərait yarana bilər. Bu isə ölkənin valyuta sistemi üçün təhlükə yarada bilər. Mərkəzi Bank bütün bunları nəzərə almalıdır”.
Daha bir məsələ isə kredit borcu olanların ödəniş vaxtı bankın qeyri-iş gününə təsadüf etməsidir. Bəs bu zaman müştəri nə etməlidir? Əslində müştərilər həmin müddətdə kreditlərini ya bankın ödəniş terminalı ilə, ya da online ödəyə bilər. Amma burada da müəyyən problemlər var.
Vüqar Bayramov deyir ki, bayram günlərində bir çox adam rayonlara gedir və rayonlarda ödəmə terminalları olduqca azdır. Buna görə də daha məqsədəuyğundur ki, Mərkəzi Bank kommersiya banklarına tövsiyə etsin ki, kreditin ödəmə günü bayrama düşdüyünüdən həmin ödəmə ilk iş gününə keçirilsin. Hər hansı yubanma yazılmasın, faiz hesablanmasın. Bu baxımdan Mərkəzi Bank kommersiya bankların tövsiyə məktubları göndərməli və vətəndaşlara ödəmə müddəti ilə bağlı güzəştin verilməsini təmin etməlidir”.
Samir Əliyevin deyir ki, əgər kreditin ödəniş tarixi qeyri-iş gününə düşürsə, bu zaman istehlakçının hüququ var ki, iş günündə kreditləri ödəsin: “Bu baxımdan, əgər kredit ödəyən şəxslərin kredit ödədiyi tarix məhz bu bayram günlərinə düşürsə, istehlakçı narahat olmamalıdır və gözləməlidir ki, iş günü başlayanda krediti ödəsin. Digər tərəfdən də bu gün xüsusi ödəniş terminallları va ki, kreditləri bayram günlərində bunun vasitəsilə ödəmək olur. Amma bayram günü ödənilən kredit heç də həmin gün o ödədiyi tarixlə bankın hesabında oturmur. Yəni, bu zaman da pul, iş günü başlayanda bank hesabına oturur . Bu baxımdan da qanunvericiliklə bayram günləri ödənilməyən kreditə görə hər hansı bir faiz hesablanmamalıdır. Əgər belə hal olarsa, onda bu qanun pozuntusu kimi qiymətləndirilir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyi üçün, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq.
Atv
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM