Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, nəticədə idarəetməni itirən İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb.
İ.Dadşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölüb, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.