Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 14-18, bəzi yerlərdə 21 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % təşkil edəcək. Martın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, 19-da gündüz arabir güclənən gilavar küləyinin 20-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Martın 20-si gündüzdən, 21-i günün ikinci yarısınadək ölkə ərazisindəhava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu 21-də ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.