Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 41,3% azalaraq cari ilin yanvar-fevral ayları ərzində 1020423,44 min dollar təşkil edib.
Strategiya.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə Azərbaycandan həmin ölkələrə ixrac 48,25% azalaraq 709421,92 min dollar, idxal isə 15,49% azalaraq 311001,52 min dollara enib. Ticarət dövriyyəsinin müsbət saldosu 2,5 dəfədən çox azalaraq 1002814,59 min dollardan 398420,4 min dollara enib.
Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin məcmu ixracda xüsusi çəkisi 57,98%, idxalda isə 31,74% təşkil edib.