Strategiya.az bildirir ki, Sabunçu rayon Polis İdarəsinə istinadla APA agentliyinin verdiyi xəbərə görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb.
Pirşağı qəsəbə sakini, 51 yaşlı Allahverdi Məmmədov idarə etdiyi “Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi “Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub.
Nəticədə A.Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və 23 yaşlı qızı Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.