Elşən Musayev
Əkrəm Əylisli...! Bu ad artıq bizlərə yaxın keçmişdənfərqli olaraq yazıçı, nasir, eks-millət vəkili deyə bir xatırlatmanı ifadə etmir. O sanki etallona çevrilib: Dözümsüzlüyün və satqınlığın etallonuna. Hətta inandırım sizi, bu gün real həyatda ənböyük şərəfsizlərin və qələt sahiblərinin üzərində aparılan mükalimələrdə belə eyni adı eşitmək olar: Misal üçün,“Əkrəm ondan daha artığını eləmişdi” Ya da” Bu Əkrəmin atasına rəhmət oxutdurdu”- deyə müqayisələrlə...
Amma bütün hallarda qocalıq psixozundanmı yoxsa məhşurluq hərisliyindənmi - bilmirəm, Əylisli “Daş yuxular”ı yazdı. Həm də olub-keçən bütün Azərbaycan həqiqətlərini unudaraq, özü belə daş yuxusuna dalıb yazdı. Və nəhayət, bir millətin tarixini bu qədər ədəbi vəhşiliklə təhrif etdiyində həmin millətin söz daşqalağına uğrayacağını təxmin belə etmədən yazdı...
Əylisli həmin bədnam əsəri ərsəyə gətirdiyində həm də “Ziyalılar forumu”nun üzvü idi. Yəni ən azından öz aləmində Azərbaycan ziyalısını təmsil edirdi. Fəqət erməni ilə dostluğundan qürur duyduğunu utanmadan söyləyən və onların şərəfinə badə qaldıran İbrahimbəyovla bərabər təmsil edirdi.Və yəqin çoxları xatırlayar, o zaman vətəndaş cəmiyyətinin demək olar bütün üzvləri, eyni zamanda siyasilər, qeyri- siyasilər, hakimiyyətdəkilər, hətta bəzi müxalifilər belə məsələyə öz kəskin münasibətini bildirmişdi. Yalnızca “Ziyalılar forumu”nun üzvlərindən başqa. Daha doğrusu bir hərf səhvi və əksiyi iləyaranan, yəni “ziyanlı” adlandırılacağı yerdə “ziyalı” adlandırılan forumun üzvlərindən başqa...
“Daş yuxular” bütünlükdə erməni tərifnaməsidir. Və həmin əsərin iyrənc qoxan abzasları,cümlələri qalsın bir yana, hətta hərflərindən belə Nobel işartısı və dissident obrazı boylanırdı. Ta əvvəldən. Oxucuya təqdim olunduğu gündən. Hansı ki, bunu zamanında söyləmişdik. Və buyurun:artıq Əylisli öz hədəflərinə doğru dırnaq içində də olsa inamlı addımlarla irəliləməkdədir. Hətta onu bir müddət keçəndən sonra Nobel namizədlərinin sırasında belə görə bilərik. Eynən təxmin etdiyimiz kimi...
13 nəfərdən ibarət heyət artıq haqqında danışdığım namizədliklə bağlı müraciət hazırlayıb. Və hətta həmin müraciəti NorveçNobel Komitəsinə təqdim belə edib. Əsaslandırma devizi isə budur: “Azərbaycan və Ermənistan arasındakı düşmənçiliyin aradan qaldırılmasında göstərdiyi mərdliyə görə..”. Hər hansı bir çabaya, əməli fəaliyyətə, hətta lap fədakarlığa görə də yox, məhz mərdliyə görə... Bu yerdə isə artıq əlavə şərh vermədən yalnız bir cümləlik haşıyə çıxmaq məcburiyyətindəyəm: “Bir gün vətən satmağın mərdlik kimi tövsif olunacağını yəqin ki yalnız Əkrəmtək ədəbiyyat tülküləri hesablaya bilərdi. Ki, zamanı çatanda bu əsrarəngiz oyunun kombinasiyalarını çox mükəmməl bir formada qura bilsin. Və adamın üstündə Allah var, elə qurdu da...
Mövzu ilə bağlı diqqət cəlb edən digər önəmli məqam isə Əkrəm bəyin dünən öz namizədliyi haqqında verdiyi açıqlama idi. Həmin açıqlamadan bir neçə çıxarışı sizlərin də diqqətinə çatdırmaq istəyirəm: Əylisli deyir ki, hakim ideologiya mənim “Daş Yuxular” əsərimə qarışmasaydı daha yaxşı olardı. Çünki, ədəbiyyat ideologiya deyil, metaforadır. Sırf söz sənətidir.
Demək ki, bu adam hələ ideologiya anlayışının belə nə olduğunun fərqində deyil. Və ya onun fikrincə ideologiya deyilən zad ayaq tutub yeriyir, təbliğat aparır, hətta lazım olanda ayrı-seçkilik mövzularına belə rahatca müdaxilə eləyir. Yox əgər bu qatma-qarışıq açıqlamada söhbət hakimiyyət nümayəndələrindən gedibsə, o zaman Əkrəm bəy, sənin bilmən gərəkən çox ciddi nüanslar daha var:
Əvvəla hakimiyyəti xalq formalaşdırır. Və onun ideologiyası da həmin hakimiyyətin ən azından böyük bir qisminin timsalı deməkdir.
İkincisi, sənin “Daş Yuxu”larını qınayan bir tək hakimiyyət nümayəndələri olmayıb. Özünü dərk eliyən və Azərbaycan mənsubiyyətindən sayan hər bir insan olub. Bir tək Günel Mövlud sayağı özünə bənzəyən təkəm-seyrəklərdən savayı...
Sən mənsub olduğun ailənin, qohumlalrının, dostlarının yazarı olmamısan, Əkrəm bəy! Xalqın yazarı olmusan. Həm də rəsmən. Amma bir Nobel mükafatı üçün həmin yazarlığını da, yazdıqlarını da, bundan sonra yazacaqlarını da anındaca öz mundar xislətinin təpik altısı eləməyi bacarmısan! Yenə də kimsənin ağıl və xəyal belə edə bilmədiyi məqamda.. .
Erməniyə yazıq demisən, günahsız demisən, fağır demisən, təcavüzə məruz qalan demisən. O zaman sual edirəm sənə: 1 milyon qaçqın göydən yerə zənbilləmi düşüb? Yoxsa Qarabağı sənmi işğal eləmisən? Xocalıda yenicə dil açıb, ayaq tutub yeriyən körpələri diri-diri sənmi yandırmışan, ya da isməti ölümündən üstün olan Azərbaycan qadınlarını sıraya düzüb sənmi zorlamısan? Hə, Əkrəm bəy?! Bütün bu söylədiklərim bir “Nobel”ə dəyərdimi?
Deyirsən hər kəsə özümdə olan səmimiyyəti arzulayıram..Oysa, çox maraqlıdır: Vətən xaini, millət satqını, ədəbiyyat fahişəsi olmaq nə vaxtdan səmimiyyət olub, bəlkə deyəsən biz də bilək?
Səni bundan sonra hər hansı bir qurum, təşkilat, təsisat öz sıralarına qəbul edə bilər. Amma inan ki, öldüyündə bu torpaq qəbul etməyəcək. Bilirsənmi niyə? Çünki, o torpaqlarda həm də haqqına girdiyin insanların ruhu və cismi dolaşır!
Və son olaraq belə bir ifadə işlətmisən ki “mən ədəbiyyata ata-ana qucağından gəlməmişəm”. O zaman icazənlə elə mən də sənə son xatırlatmamı edim:“Detdom”da böyüyən uşaqların atası-anası olmadığı kimi qucaqdan qucağa oturanların da qucaq ünvanı olmur, Əkrəm bəy!
Ələlxüsus da son oturduğun qucağın özü belə bir başqa qucaqda oturubsa.../azxeber/
|
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM