10 milyon dollara olan 1 dollar - dünyanın ən bahalı sikkəsi?

11:41 / 20.03.2016

1794-cü ilin 15 oktyabrında Filadelfiya zərbxanasında 1758 ədəd bir dollarlıq gümüş sikkə kəsilib

1794-cü ildə kəsilmiş 1 dollarlıq gümüş Amerika sikkəsi indi Londonda 10 miloyon dollardan baha qiymətə auksiona çıxarılıb. Nə üçün bu pul bütün dünyada ən bahalı sikkə sayılır?

Eamonn Carter-in kolleksiyasından Flowing Hair adlı bu gümüş sikkənin diametri 4 santimetrdir və onu günü bu gün təkrar emala satsalar 12 dollardan artıq pul gətirməz.

Fərdi kolleksiyaçı Bruce Morelan 2013-cü ildə bu sikkəni hərracdan 10 milyon dollara alıb.

Sikkənin belə baha olması onun nadirliyi və tarixi-mədəniyyət əhəmiyyəti ilə bağlıdır. Amma başqa bir faktor da mövcuddur. Bu sikkənin hansı əllərdən keçdiyi də xüsusi əhəmiyyətə malikdir.

Bir çox ekspertlər hesab edirlər ki, Flowing Hair (bu sikkəni çox vaxt “telləri yellənən azadlıq dolları” adlandırırlar) dünyada kəsilmiş ilk dollardır. Bu isə o deməkdir ki, bu pul, ola bilsin prezident George Washington-un da əlindən keçib.

Burası dəqiqdir ki, 1794-cü il, oktyabrın 15-də Filadelfiyadakı zərbxanada 1758 belə gümüş dollarlıqlar kəsilib. İndiyədək onların yalnız 130-ü qalır.

Sikkənin bir üzündə uzun saçlı qadının şəkli və onu dövrələyən altıguşəli ulduzlar həkk edilib. Burada o vaxtkı 15 Amerika ştatını təcəssüm etdirən 15 ulduz var.

Sikkənin arxa tərəfində isə dəfnə budaqlarından hörülmüş çələngin ortasında qanadlarını gərmiş daz qartalın şəkli var. Bu qartal Birləşmiş Ştatların rəmzidir.

Qiymət qalxır

1795-ci ildə 1 dollarlıq sikkənin dizaynı dəyişdirilib. Onun arxa tərəfindəki qadın təsviri büstşəkilli barelyeflə əvəzlənib.

ABŞ-ın peşəkar sikkə qiymətləndirmə xidməti Bruce Morelan-ın aldığı gümüş sikkəyə 70 mümkün baldan 66-sını verib.

Bu isə o deməkdir ki, nadir sikkə əla vəziyyətdədir. 1794-cü ildə zərblənmiş sikkələrin arasında bu, ən yaxşı qalanıdır.

Flowing Hair gümüş sikkəsi hazırda Avropada ən böyük sikkə dileri sayılan Samlerhuset Group konserninə daxil London Mint Office firmasında saxlanır.

Image copyrightPAImage captionSikkənin belə baha olması onun nadirliyi və tarixi-mədəni əhəmiyyəti ilə bağlıdır

"Biz ehtimal edirik ki, bu ilk və ya ilk dollarlardan biridir. Bu pulun üstündəki təsvirin aydın və zərif cizgilərindən də görünür” – deyir London Mint Office firmasının icraçı direktoru James Deeny.

"Köhnə vaxtlarda sikkələri əl presləri ilə zərbləyirdilər: Sikkə diskini iki qəlibin arasına yerləşdirib sıxırdılar. Buna görə də bu qəliblərdən çox istifadə etdikcə onlar yeyilir və cizgilərin aydınlığı azca pozulurdu” – deyə izah edir Deeny.

Amma konkret olaraq sözü gedən sikkə ilk dəfə kolleksiyaçıların diqqətini 1920-ci ildə çəkib. Lakin sikkənin sürtülməmiş qalması onun dövriyyədə olmadığını göstərir.

1920-ci ildən bu yana Flowing Hair sikkəsinin 11 sahibi olub, qiyməti isə 1947-ci ildəki 1250 dollardan 2013-cü ildə 10 milyon dollara çatıb. Ekspertlərin fikrincə bu gün sikkə 10 milyondan bahaya da gedə bilər.

Deeny deyir ki, pulun indiki sahibi potensial alıcılardan təkliflər gözləyir.//BBC


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM