Türkiyənin "Milliyet" qəzeti nazirin sözlərinə istinadən bird aha xatırladır ki, terrorçu-kamikadze - 1992 təvəllüdlü Qazıantep şəhərinin sakini Mehmet Öztürktür.
"Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Mehmet Öztürk bilavasitə İŞİD qruplaşması tərəfindən yönləndirilib", - deyə Efkan Ala qeyd edib.
* * *15:09
Martın 19-da İstanbulun İstiqlal prospektində terror aktı törədən "canlı bomba"nın Mehmet Öztürk olduğu təsdiqlənib.
APA-nın verdiyi məlumata görə, bu, bu gün tamamlanan DNA testi zamanı təsdiqini tapıb.
Qeyd edək ki, Türkiyədə polis və kəşfiyyatı İstanbulda terror aktı törədən canlı bombanın ölkədə axtarışda olan 4 İŞİD terrorçusundan biri olan Savaş Yıldız, yaxud bölgədə kameralarda görüntüsü olan 24 yaşlı Mehmet Öztürk olması ilə bağlı iki ehtimalını araşdırırdı. Mehmet Öztürk də Türkiyəd İŞİD-çi kimi axtarışda olub.
Xatırladaq ki, İstanbulda törədilən terror nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.