Uşağa neçə yaşından ikinci dil öyrətməli?

23:17 / 20.03.2016

Uşaqlara təzə dil açmağa başladığı vaxtdan ikinci dil öyrətmək artıq günümüzdə adi hal alıb. Bunun ən asan yolunu isə valideynlər övladlarına rus, ingilis, yaxud digər dillərdə olan cizgi filmlərini izlətməkdə görürlər. Tədqiqatlar göstərir ki, xarici dil öyrənən uşaqlar digər fənlərdə də uğurlu olur, gələcək karyeralarını elə kiçik yaşlarından qurmuş olurlar. Amma baxır dili uşağa hansı yaşda öyrədirik. Uşaqlara neçə yaşından dil öyrətmək lazımdır? Erkən yaşda dil öyrənməyin fəsadları nə ola bilər? Bu və digər suallarımıza mütəxəssislərlə söhbət zamanı aydınlıq gətirdik. 

Yaş ləngiməsi olanlara ikinci dil daha gec öyrədilməlidir

Bəzi loqopedlər oyun şəklində dil öyrənmək üçün 3 yaşı məsləhət görsələr də, ikinci dil öyrənmək üçün əksəriyyət 5 yaşın uyğun olduğunu vurğulayır. Psixoloq Narınc Rüstəmova bizimlə söhbətində bildirdi ki, ailədə hansı dildə danışılırsa, uşaq da bu dildə dil açmalıdır. Psixoloq bəzi valideynlərin azyaşlı övladlarına əlavə dil öyrətməyə meyl etməsini özlərinin yarımçıq arzularını uşaq üzərində tamamlamaq istəyi ilə izah etdi: "Ailədə heç kim rus dilində danışmadığı, hətta bir kəlmə bilmədiyi halda, uşağı bağçaya, yaxud məktəbə rus dili bölməsinə qoyurlar. Bu, düzgün deyil. Uşaqlara xarici dilin öyrədilməsinə 5 yaşdan erkən başlanılmamalıdır. Yaş ləngiməsi olan uşaqlara isə daha gec yaşlarında ikinci, üçüncü dil öyrədilməlidir. Yəni əgər uşaq 3 yaşında dil açıb danışırsa, təbii ki, 5 yaşında ona xarici dili öyrətmək tezdir". 

Hər bir dilin özünəməxsus ahəng qanunu, vurğusu olduğunu xatırladan müsahibimiz bu ayrıntıları nəzərə almağın vacibliyindən danışdı: "Azərbaycan dilində sözlərin əksəriyyətində vurğu sözün son, rus dilində ilk hecasına düşür. Nitq aparatı buna uyğun formalaşır. Uşağın nitq aparatı tam formalaşmamış ikinci dili öyrətməyə başlasaq, onlarda dil aparatı problemləri yaranacaq. Hətta dişlərin tez çürüməsi, tökülməsi prosesi gedəcək. Çünki ağız aparatı tələffüzə görə formalaşır, fərqli dil öyrədəndə damaq dərin olur və enlənməyə imkan olmur. Nəticədə nitq aparatı dəyişməyə, dil uzanmağa, tonus yaranmağa başlayır, uşaqlarda kəkələmə özünü göstərir. Buna görə də uşaqlara ikinci dil 4-5 yaşından tez öyrədilməməlidir. Əvvəl uşaqın dil açdığı ilk dil vərdişləri formalaşdırılmalı, ağız aparatı yerində oturmalıdır. Uşağın ağız aparatı tam formalaşdıqdan sonra əlavə dili qəbul edə bilər".

Uşaqların mexaniki bacarığı

Azərbaycanda öz ana dilimizdə cizgi filmi çatışmazlığının olduğunu deyən N.Rüstəmova valideynlərin çaşqınlıq içində qaldığını bildirdi: "Uşaqlar kiçik yaşlarından türk, ingilis, yaxud rus dilində cizgi filmlərinə baxır və özləri də bilmədən həmin dildə danışırlar. Bu zaman valideynlər fəxr edirlər ki, uşaqları rus, türk dillərində cizgi filmlərinə baxıb onlarla o dildə danışırlar. Amma bunlar uşaqlarda mexaniki bacarıqlardır, valideynlər bununla fəxr etməməlidir. Bəzən uşaqda nitq ləngiməsi olduğundan öz dilində normal danışa bilmir, amma ingilis dilində 10-a kimi sayır, rəngləri deyir. Valideyn bununla fəxr edir. Hansı ki, bunlar birmənalı şəkildə uşaqların nitq aparatını korlayır və belə uşaqlarda nitq qüsurlarının yaranması riski bir dildə danışan uşaqlara nisbətən daha çoxdur". 

Övlada valideynlərin danışdığı dil öyrədilməlidir

Ölkəmizdə kifayət qədər ailələr var ki, rusdillidir. Uşaqlar cəmiyyət içinə çıxanda ətrafdakılar Azərbaycan dilində danışsa da, valideynləri rus dilində danışır. Bu, uşaqlarda hər hansı problem yaratmır ki? N.Rüstəmova deyir ki, belə ailələrdə böyüyən uşaqlarda heç bir problem yaranmır: "Çünki uşağın ilk təmas qurduğu insanlar valideynləri, qardaş-bacısı olduğundan 3 yaşına qədər günlərinin çoxunu onlarla keçirir və nəticə etibarilə heç bir dil qüsuru ilə rastlaşmırlar. Uşağın valideynləri hansı dildən istifadə edirsə, uşağa da həmin işlək dil öyrədilməlidir. Valideynin öz həvəsinə görə uşağa vaxtından əvvəl əlavə dil öyrətməsi düzgün deyil. Şəxsən mən uşağımı bağçada Azərbaycandilli qrupa qoymuşam. Hamı onu niyə rusdilli, yaxud ingilisdilli qrupa qoymadığıma görə təəccüblənir. İnsanlara izah etməyə çalışıram ki, özüm rus, ingilis dilindən istifadə etmədiyim, evimizdə Azərbaycan dili işlək olduğu halda niyə uşağımı başqa dildə qrupa qoymalıyam? Təəssüflər olsun ki, bizdə valideynlər fəxr edirlər ki, uşaqları əlavə dil bilir, yaxud rusdilli ailədirlər, uşaqları rusca hazırlığa gedir. Amma ilk olaraq uşaq valideynlərinin danışdığı dili gözəl mənimsəməlidir. Mənim uşağımın da 5 yaşı olandan sonra istədiyim dili öyrənməsi üçün dil kursuna qoyacağam".

Uşaqlara fərdi yanaşılmalıdır

Uşaqlara fərdi yanaşmanı vacib sayan psixoloqun sözlərinə görə, hətta 5 yaşından sonra da bəzi uşaqlarda əlavə dil öyrənmək bacarığı formalaşmaya bilər: "Dünən bir valideynlə görüşmüşəm, 2 yaş 7 aylıq qızını məktəbə hazırlıq qrupuna qoymaq istəyir. Bəzən valideynlər öz arzularını gerçəkləşdirmək üçün uşaqlardan vasitə kimi istifadə edirlər. Bunlar olmamalıdır. Valideynlər uşaqlarına fərdi yanaşmaldır. Uşaqların potensialını, intellektual inkişafını yoxlayan xüsusi mütəxəssislərdən, psixoloq-pedaqoqlardan dəstək almalarını tövsiyyə edərdim. İki övladdan birinin çox gözəl dil öyrənmə qabiliyyəti ola bilər, digərində olmaz. Şərt deyil ki, 5 yaşına çatanda bütün uşaqlara dil öyrətmək mümkündür. Amma normalda 5 yaşında uşaq artıq dil öyrənməyə hazırdır". 

N.Rüstəmovanın fikrincə, digər tərəfdən, erkən yaşda dil öyrətmək həm də uşaq üçün əlavə yükdür, onu dildən uzaqlaşdıra, dil haqqında təsəvvürlərini neqativ tərəfə yönləndirə bilər. 

Qeyd edək ki, Britaniyada 17 min məktəbli arasında keçirilən sınaq təcrübəsi göstərib ki, fransız dilinin tədrisini 11 yaşında başlayan məktəblər 7 yaşında başlayanlardan daha yaxşı nəticəyə nail olublar. Dil sahəsində keçirilən ən böyük araşdırma olan bu hesabatın müəllifləri hesab edirlər ki, ikinci dil tədrisini nisbətən gec yaşlarda başlamaq lazımdır. Gec başlamanın yeganə mənfi tərəfi uşaqların ləhcə ilə danışmasıdır. Uşaqlıqdan öyrənilən dildə ləhcəsiz danışmaq ehtimalı daha yüksəkdir.

Alimlər onu da vurğulayırlar ki, uşaqların ikinci dili asan və doğru yollarla öyrənmələri üçün 6 yaş ərəfəsində o dillə bağlı təhsilə başlamaq məsləhətdir. Çünki bu dövr uşaqların dinləmə bacarıqlarının ən elastik olduğu, öyrənmək üçün ən çox istək və maraq duyduqları və motivasiyalarının yüksək olduğu dövrdür.

Nitq ləngimələri çoxalıb

Bəzən ailə quran tərəflər müxtəlif millətlərin nümayəndələri olur. Məsələn, azərbaycanlı qız, yaxud oğlan ingilis, rus, türkdilli insanla ailə qurur. Bu halda cütlüklər uşaqları ilə hansı dildə danışmalıdır? 

N.Rüstəmova iki dildə danışan valideynlərin uşaqlarında ciddi problem görmədiklərini bildirdi: "Belə hallarda çalışırıq valideynləri vahid dildə danışmağa yönləndirək. Amma ümumilikdə ailədə iki dildə danışılsa belə, bu cür ailələrdə böyüyən uşaqların əksəriyyətində dil qüsuru olmur. Çünki uşaq davamlı olaraq hər iki dildə təmasda olur. Çox sevdiyi, mütəmadi gördüyü insanlar bu dillərdən istifadə edirsə, onlarda çox vaxt problem yaranmır. Təbii ki, bu da uşaqdan asılıdır. Məsələn, ötən il bizim mərkəzə Rusiyada yaşayan azərbaycanlıların uşaqları çox müraciət etdi. Rusiyada ailədə Azərbaycan dilində danışıldığı halda, uşaqlarını məcbur qalıb rusdilli bağçalara, məktəblərə qoyublar. Bu da uşaqlarda problem yaradıb. Belə uşaqlar hətta gec dil açırlar. Uşaq iki dil arasında qalır, hansı dildə danışacağını bilmir. Bir dildə danışır, başqa bir dildə düşünür. Bu da uşaq üçün çoxlu çətinliklər yaradır. Ümumiyyətlə, valideynlər 3 yaşına qədər uşaqların nitq inkişafına diqqət yetirməlidirlər. 3 yaşında uşaq 2 mindən çox söz bilməli, mürəkkəb cümlələrdən istifadə etməli, şeirlər, nağıllar danışmalı, hadisəni əhatəli şəkildə başa düşdüyü formada izah etməlidir. Bunlar varsa, deməli, uşağın nitq inkişafı doğru şəkildə gedir. Ümumiyyətlə, günümüzdə nitq ləngiməsi çoxdur, çünki uşaqlar danışmaq, ətrafındakılarla ünsiyyətə girmək əvəzinə daha çox kompyuter, planşetlə oynayırlar".

Amerikada aparılan araşdırmalar göstərir ki, ana və atanın fərqli dillərdə danışması uşaqlarda dil problemi yaratmır. 0-3 yaş arasındakı uşaqların müxtəlif iki dili eşitməsi problem yaratmır. Üstəlik, uşaq hansı valideynin hansı dildə danışacağını bilərək danışır və dilləri bir-birinə qarışdırmır. Burada əhəmiyyətli olan məsələ uşaqla ünsiyyətdə olan insanların dillərdən mütəmadi və ardıcıl şəkildə istifadə etməsidir. Uşaqla ünsiyyəti olan şəxslərdən hər biri vahid bir dildə danışmalı, ünsiyyətə o dildə davam etməlidir.

Uşağın nevroloji vəziyyəti nəzərə alınmalıdır

Uşaq nevropatoloqu Yaqut Səfiyeva bizimlə söhbətində uşaqların oynamaq, top dalınca qaçmaq istədiyi bir vaxtda valideynlərin onları qarşılarında oturdaraq ikinci dil öyrətməsini düzgün saymır: "Uşaq ana dilində təmiz danışandan sonra məsləhət görülür ki, əlavə dil öyrədilsin. Söhbət uşağın nitq mərkəzinin formalaşmasından gedir. Nitq mərkəzi formalaşmamış ikinci dil öyrədilməyə cəhd ediləndə loqonevrozlar, yəni nitqdə problemlər, kəkələmələr yarana bilər. Buna görə yaxşı olardı ki, həkim-mütəxəssis uşağı psixoloji, nevroloji vəziyyətinə uyğun qiymətləndirsin, yalnız bundan sonra uşağın ikinci dilə açıq olub-olmadığı aşkarlana bilər. Ola bilər ki, valideyn öz uşağını ikinci dil öyrənməyə hazır sayır, amma yaxşı olar ki, həkimlər, psixoloqlar uşaqda adaptasiyanın necə getdiyini, uşağın nitq inkişafı, nevroloji, psixoloji vəziyyətini yoxlasınlar. Bundan sonra nəticəyə uyğun olaraq valideynlər uşaqlarına ikinci dili hansı yaşda öyrətmələri barədə düşünsünlər. Kor-koranə, uşaq iki-üç dil bilsin deyə, onu dil kursuna qoymaq məsləhət deyil". 

Həkim deyir ki, əks təqdirdə, uşağın psixikası, nevroloji vəziyyəti normadan artıq yüklənir: "Uşağın uşaq həyatı var, daha çox əylənməli, daha çox havaya çıxmalı, oynamalıdırsa, biz onun əvəzində uşağı dil öyrənməyə məcbur ediriksə, uşağın beynini gücə salırıq. Bu zaman normal uşaqda belə əsəbilik artır, nevroz vəziyyəti pisləşir, yuxusu pozulur, normal danışdığı ana dilində problemlər yaranmağa başlayır. Bir sözlə, nitqi, psixoloji vəziyyəti tam formalaşmamış uşağı ikinci, üçüncü dillə yükləməyin tərəfdarı deyiləm".

"Kaspi"


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM