Ölkədə leşyığanlar şəbəkəsi var - Azərbaycanda

09:32 / 21.03.2016

Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir. Strategiya.az bildirir ki, bunu Trend-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda satılan dönərlərin 85 faizi insan sağlamlığı üçün təhlükəlidir: "Mərkəzi Avropa ölkələrində dönərlər "tezbazar" deyil, oturaq yemək kimi qəbul olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin keyfiyyəti ilə bağlı iki il öncə standartlar hazırladı. Həmin standartlarda dönərin hansı şəraitdə və necə hazırlanması göstərilib. Amma bu addım da bu sahədə özünü doğrultmadı".

E.Hüseynov bildirib ki, həmin standartlardan sonra rəhbərlik etdiyi qurum dönər bazarında monitorinq aparıb. Məlum olub ki, Bakıda hazırlanan dönərlərin 85 faizi həmin standartlara cavab vermir: "Araşdırmalar zamanı məlum oldu ki, bu sahədə bəzi şirkətlər qaneedici fəaliyyət göstərsə də, bir sıra tanınmış şirkətlər standartlara cavab verən dönər hazırlamır. Bizim monitorinqlər göstərdi ki, dönərxanaların 85 faizi aldıqları ətləri heç də müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda, mənşəyi məlum olmayan ət alıb dönərlər hazırlayır".

Təşkilat sədri bildirib ki, 2006-cı ildən ölkədə toyuq ətindən dönər hazırlanması qadağan edilib. Lakin bu gün Bakıda dönərxanaların 80 faizi toyuq ətindən dönər hazırlayır və satır. Azad İstehlakçılar Birliyi bununla bağlı Səhiyyə Nazirliyinə müraciət edib: "Müraciətdə göstərmişik ki, toyuq ətinin mənşəyi məlum olduğu və qadağalara baxmayaraq ölkədə toyuq ətindən dönərlər hazırlandığı üçün bu qadağa götürülsün. Lakin nazirlik hələ də bu qadağanı götürməyi məsləhət bilməyib".

E.Hüseynov deyib ki, hazırda Bakıdakı dönərxanaların gigiyenik qaydalara riayət etməsi səviyyəsi çox pisdir. Dönərxanalarda işləyən işçilərin tibbi yoxlanışı aparılmır: "Dövlət qurumları yollarda Bakıya gətirilən, mənşəyi məlum olmayan tonlarla əti aşkar edir, məhv edir. Amma həmin qurumlar araşdırmır ki, bu ətlər hara gətirilir, kimlərə təhvil verilir və hansı obyektlərdə istifadə olunur. Tonlarla at, eşşək əti Bakıya gətirilərkən aşkar edilir, amma hara gətirildiyi açıqlanmır. Yəni tələb var ki, təklif meydana çıxır. Ölkədə leşyığanlar şəbəkəsi mövcuddur ki, həmin ətləri də bu şəbəkə alır. Həmin şəbəkənin də dönərxanalara ət verib-vermədiyi məlum deyil".

O, qeyd edib ki, Azərbaycanda bir neçə dönərxana istisna olmaqla qalan dönərxanalar əhalinin sağlamlığına kütləvi ziyan vurur.

AİB sədri deyib ki, köz və qazla bişən dönərlər insan orqanizmi üçün daha təhlükəlidir: "Hər iki halda bişən dönər ziyanlıdır. Ona görə ki, həmin prosesdə ətin içi yaxşı bişmir. Üz tərəfi qızarır, onu kəsib qaba tökürlər, daxildə olan ətin qan plazması bişməmiş halda həmin kəsilən hissəyə axıb qarışır və bu cür də istehlakçıya verilir. Həmin qan qarışan dönər heyvanda olan xəstəliklərlə birlikdə insanlara ötürülür. Ən ciddi məsələ də elə budur".

Qastroenteroloq İlqar Alışov isə Trend-ə açıqlamasında bildirib ki, dönərlər ümumiyyətlə mədəyə ziyanlıdır və bu yeməkdən istifadə olunmaması məsləhətdir: "Birincisi, dönərlərin hazırlanması prosesində nöqsanlar var. İkincisi isə dönərin özü mədə və bağırsaq xəstəlikləri yaradır. Çünki dönər hazırlanarkən ət bişmir, qızarır, içərisi çiy qalır. Bu da birbaşa mədə və bağırsaq xəstəlikləri yaradır. Dönər mədə-bağırsaqla yanaşı, qaraciyər və mədəaltı vəziyə də ziyanlıdır. Dönərin yağlı olması, eləcə də ona vurulan mayonez və ketçup birbaşa mədəyə ziyanlıdır. Dönər bişilərkən qızardılan qat birbaşa mədə və bağırsağa ziyanlı təsir göstərir".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM