“ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə bilavasitə töhfə verə bilər. Ona görə ki, hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədrləridir, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən ikisidir, nəhayət, dünyada üz-üzə dayanan iki güc mərkəzidir və dünyanın gündəmini müəyyən edən ölkələrdir”. Strategiya.az bildirir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu ölkələrin bu məsələdə fəallaşması münaqişəsinin həllində müəyyən nəticələrin əldə olunmasına töhfə verə bilər: “Bu ölkələr bu məsələdə sağlam məntiqlə fəallaşacağı və bu fəallaşmanın iki ölkə arasında rəqabətə əsaslanmayacağı tədqirdə, koordinasiya olunmuş bir şəkildə fəaliyyətə əsaslanacağı tədqirdə, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən nəticələrin əldə olunmasına töhfələr verilə bilər. O şərtlə ki, ortada siyasi iradə olsun, bu, yalnız fəallaşma xatirinə deyil, məsələni həll etmək xatirinə meydana çıxsın”.
Vitse-spiker deyib ki, son dövrlərdə “Azərbaycan bir neçə günə Qarabağı azad edəcək” kimi fikirlər səslənməkdədir: “Bu nədən qaynaqlanır?! Bu, vəziyyətin bu şəkildə saxlanılmasından, belə vəziyyətin dözülməz olduğundan, atıla biləcək addımların adekvatlığını qəbul etmək həqiqətindən doğur. Artıq hər kəs anlamağa başlayır ki, bu vəziyyətə bundan artıq dözmək mümkün deyil və Azərbaycanın da dözməmək üçün kifayət qədər imkanları, əsasları var. Əvvəla ona görə ki, ərazilərimizi işğaldan azad etməliyik. Bunun dinc yolla, sülh yolu ilə variantı alınmırsa, qarşı tərəf hər vəchlə buna mane olursa, beynəlxalq ictimaiyyət də onun başını sığallayırsa, biz nə etməliyik?! Digər hüququmuzdan istifadə etməliyik! Digər hüquqlarımızdan istifadə ediriksə, baxırlar ki, onların müdafiə etmək istədikləri Ermənistan bu qarşıdurmada uğursuz tərəf kimi görünür və Azərbaycan belə bir addım atacağı tədqirdə, qısa müddətdə öz qalibiyyətini təmin edəcək”.
B.Muradova vurğulayıb ki, Azərbaycanın qalibiyyəti Ermənistanı bir forpost ölkə kimi əlindən çıxarmaq istəməyən dairələrin, regionda bu münaqişənin qalmasından öz maraqlarını güdən beynəlxalq dairələrin, ermənilərin daim ərköyün uşaq kimi qalmasını, lazım olduğu halda müəyyən məqsəd üçün istifadə olunmasını vacib bilən dairələrin arqumentlərini və imkanlarını əlindən almış olur: “Belə olduğu tədqirdə onlar adekvat münasibət göstərəcəklərmi?!”.
Milli Məclisin sədr müavini əlavə edib ki, Azərbaycan öz hərbi qüdrətini, iqtisadi qüdrətini artırmalıdır və artırır, öz sözünü təmas xəttindəki insidentlərə münasibətində deyir: “Siz bilirsiniz ki, biz artıq əvvəlki kimi o insidentlərə dözmürük. Lazımdırsa, iri kalibrli silahlardan da istifadə olunur və bizi “snayperləri geri çəkin” tələblərini yerinə yetirməyə heç kəs vadar edə bilməz. Biz snayperləri çəkməliyiksə, siz qoşunları çəkməlisiniz. Əgər qoşunlar ərazidən çıxarsa, hər hansı bir insident də baş verməyəcək, onda heç bir snayperə, heç bir silah növünə ehtiyac qalmayacaq”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM