Virtualaz.org “Novosti–Kazaxstan” agentliyinə istinadən xəbər verir ki,Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun sözlərinə görə, Qazaxıstan Məclisinə “Nur Otan”, Qazaxıstan Kommunist Xalq Partiyası (QKXP) və “Ak jol” partiyaları daxil ola bilib.
MSK sədri bildirib ki, seçkinin ilkin nəticələrinə əsasən, “Nur Otan” 82,15%, QKXP - 7,14%, “Ak jol”— 7,18% səs toplaya biliblər.
Digər partiyalar 7 faizlik səddi keçə bilməyiblər: “Birlik” — 0,29%, OSDP — 1,18%, “Auıl” - 2%.
Səsvermənin dəqiqləşdirilmiş yekun nəticələr martın 26-na qədər açıqlanacaq.
Strategiya.az