Qlobal istiləşmənin sağlamlığa hansı təhlükəli təsirləri olacaq?

11:20 / 24.03.2016

Çoxsaylı məlumatlar sübuta yetirir ki, qlobal istiləşmə insanların sağlamlığına ciddi təsir göstərir. Faciəli meteoroloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemlərin dəyişməsi ilə xəstəliklərin yaranması - bütün bunlar qlobal istiləşmədən irəli gəlir və sağlamlıq üçün təhlükələr törədir.

Trend Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına istinadən bildirir ki, iqlim və hava artıq sağlamlığa güclü təsir göstərir: yüksək hərarət müddətində və daşqınlar kimi təbii fəlakətlər zamanı, malyariya kimi həyat üçün təhlükəli olan transmissiv (ötürücü) xəstəliklərin modelləri dəyişir.

ÜST-nin baş direktoru Marqaret Çanın qeyd etdiyi kimi, iqlim dəyişməsinin davam etməsi sağlamlığa aid bəzi əsas faktorlardan olan qida məhsullarına, hava və suya həddindən artıq mənfi təsir göstərəcək. Zəif səhiyyə infrastrukturları olan, əsasən inkişaf etməkdə olan ölkələr xaricdən yardım göstərilmədikdə bu dəyişikliklərə hazırlaşmaq və zəruri cavab tədbirləri görmək iqtidarında olmayacaqlar.

Yaxın 10 ildə astmadan ölüm halları təxminən 20%-dək artacaq

Hərarətin qlobal yüksəlməsi, astmaya səbəb olan bitki tozcuqları kimi, antropogen və təbii mənşəli bərk zərrəciklərin havada olan səviyyəsinə və mövsümi yayılması modellərinə təsir göstərir. 300 milyonadək insan astmadan əziyyət çəkir, 2005-ci ildə 255 000 nəfər bu xəstəlikdən vəfat edib. İqlim dəyişməsinın qarşısını almaq və nəticələrinə hazır olmaq üçün təcili tədbirlər görülməsə, yaxın 10 ildə astmadan ölüm hallarının təxminən 20%-dək artacağı gözlənilir.

İnfeksion xəstəliklər modellərini dəyişir

Son 50 ildə insan fəaliyyəti, xüsusilə də yer altından çıxan yanacağın yandırılması nəticəsində havaya iqlimə qlobal təsir edən külli mjqdarda karbon qazı və digər istixana qazları atılıb. Karbon qazının atmosferdəki miqdarı "sənaye inqilabı"ndan əvvəlki səviyyədən 30%-dən çox artıb ki, bu da çox isti havanın atmosferin aşağı təbəqələrində saxlanılmasına gətirib çıxarır. Bunların nəticəsində baş verən iqlimin qlobal dəyişməsi sağlamlıq üçün bir sıra - yüksək hərarətdən ölüm, infeksion xəstəliklərin modellərinin dəyişməsi və s. kimi təhlükələr törədir.

Havanın qısamüddətli intensiv dəyişməsi də, ürək və respirator (nəfəs yolları) xəstəliklərindən ölüm hallarını artıra bilən istilik stressini (hipertermiya) və ya həddindən artıq soyumanı (hipotermiya) yaradaraq, saglamlığa ciddi təsir göstərə bilər. Aparılan tədqiqatlar göstərir ki, 2003-cü ilin yay aylarında Qərbi Avropadakı ən yüksək hərarətlər ölüm hallarının kəskin artmasına səbəb olub.

Qlobal istiləşmə dolayı yolla münaqişələrin də potensial riskini artıra bilər

Dəniz səviyyəsinin artması qlobal istiləşmənin digər nəticəsi - sahilboyu rayonların su altında qalması təhlükəsini artırır. Bu da əhalinin miqrasiyası ilə nəticələnə bilər. Hazırda dünya əhalisinin 60%-dan çoxu sahil xəttinin 60 km məsafə dairəsində yaşayır. Misirin Nil çayının deltası, Banqladeşdə Qanqa-Brahmaputra çayının deltası və kiçik ada ölkələri kimi tanınan Hind okeanında Maldiv adaları və Sakit okeanda Marşall Adaları daha çox təsirə məruz qalan regionlardan hesab olunur. Daşqınlar bilavasitə travma və ölümlə nəticələnə bilər, eləcə də su vasitəsi ilə keçən xəstəliklərə və transmissiv xəstəliklərə yoluxma riskini artıra bilər. Əhalinin miqrasiyası isə gərginliyi və münaqişələrin potensial riskini artıra bilər.

Düşən yağıntıların modellərinin dəyişməsi şirin su ehtiyatlarının yaradılmasına təsir edə bilər. Dünyada hər on nəfərdən dördü su çatışmazlığından əziyyət çəkir. Su çatışmazlığı və suyun pis keyfiyyəti gigiyena və sağlamlıq uçün təhlükələr törədə bilər. Bu isə il ərzində təxminən 1,8 milyon insanın ölümünə səbəb olan diareyanın (ishal), eləcə də korluğa gətirib çıxaran traxoma - göz infeksiyasının və digər xəstəliklərin yaranması riskini artırır.

Su çatışmazlığı insanları uzaq məsafədən su gətirməyə və su ehtiyatlarını evdə saxlamağa vadar edir. Bu isə ev şəraitində suyun çirklənməsi riskini artıraraq, xəstəliklərin baş verməsinə səbəb ola bilər.

İqlim şəraiti suya və ağcaqanadlar kimi ötürücülər vasitəsilə yayılan xəstəliklərə də təsir edir. İqlimə həssas olan xəstəliklər dünyada olan ən oldürücü xəstəliklər siyahısındadır. 2002-ci ildə təkcə diareya, malyariya və zülal-kalorili çatışmazlıq dünyada 3 milyondan çox ölüm hadisəsinə səbəb olub ki, onların da 1/3-i Afrikada baş verib

Hər il qida çatışmazlığından da - həm həyatı davam etmək üçün qjdalı maddələrin çatışmazlığı, həm də malyariya, diareya və respirator xəstəliklər kimi, infeksion xəstəliklər qarşısında aciz qalmaları səbəbindən milyonlarla insan dünyasını dəyişir. Planetimizdə hərarətin artması və düşən yağıntılar rejiminin getdikcə dəyişməsi nəticəsində qida təminatında çətinlikləri olan bir çox inkişaf edən tropik regionlarda məhsulun daha da azalması gözlənilir. Məsələn, Mali dövlətində müvafiq tədbirlər gorülməsə, 2050-ci ilədək aclıq keçirənlərin və bununla bağlı sağlamlığa mənfi təsiri olanların sayı iki dəfəyədək artacaq.

Ölüm göstəriciləri necə azala bilər?

İstixana qazlarının atılmasının azaldılması tədbirləri və ya iqlim dəyişməsi nəticəsində sağlamlığa dəyən zərərin məhdudlaşdırılması saglamlığa müsbət təsir edə bilər. Məsələn, ictimai nəqliyyat vasitələrindən təhlükəsiz istifadənin və şəxsi avtomobillərə alternativ olan velosipedlə və ya piyada hərəkət etməyin həvəsləndirilməsi karbon qazlarının atılmasını azalda və əhalinin sağlamlığını yaxşılaşdıra bilər. Bu, nəinki yol-nəqliyyat travmatizminin azalmasına, hətta havanın çirklənməsi səviyyəsinin və bununla əlaqəli olan respirator və ürək-damar xəstəliklərin azalmasına kömək edər, eləcə də fiziki aktivliyin artması ilə ümumi ölüm göstəricilərinin aşağı enməsinə səbəb ola bilər.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM