Astara rayon sakini 30 yaşlı Xansu Talıb oğlu Xəlilzadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.
Xatırladaq ki, dünən axşam Lənkəran-Boradigah şose yolunda, Lənkəran şəhərinin mərkəzindəki Ləvəngi dairəsinə yaxın ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkətdə olan "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşın piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb.
Hadisə zamanı 4 nəfər - 1979-cu il təvəllüdlü İsmaylov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli, 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1988-ci il təvəllüdlü Hüseynov Elvin dünyasını dəyişib, 1987-ci il təvəllüdlü Kənan Həsənov ağır bədən xəsarətləri alıb.//"Report"