Daha bir azərbaycanlı Maarif Fərəcov Almatı şəhərinin rayonlarından birinin yerli özünüidarəetmə orqanının - Maslixatın üzvü seçilib.
Yerli siyasi analitiklər bunu Azərbaycan icmasının Qazaxıstan cəmiyyətinə uğurlu inteqrasiyası kimi dəyərləndirirlər. Digər tərəfdən, bu, Qazaxıstan xalqının Azərbaycan icmasına etimadı kimi qiymətləndirilir.
Martın 25-də prezident Nursultan Nazarbayevin iştirakı ilə VI çağırış Parlament Məclisinin ilk sessiyasının açılışı olub. Dövlət başçısı iclasda çıxış edərək qlobal iqtisadi böhranla əlaqədar çətin vəziyyətdə fəaliyyətə başlayan parlamentin qarşısında vahid vergi və gömrük məcəlləsinin qəbulu da daxil olmaqla, bir sıra vəzifələrin durduğunu bildirib.
İlk sessiyada deputatlar Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəklərinə and içiblər.(AzəTAC)