Rusiyanın əl atdığı yanlış siyasət - Təhlil

11:53 / 16.03.2014

Beynəlxalq şərait heç də Rusiyanın xeyrinə deyildir

SSRİ-nin dağılmasından sonra müasir dünyanın geosiyasi durumunda ciddi çalxalanma yarada biləcək tarixi gün gəlib yetişdi. Məlum olduğu kimi, mart ayının 16-da Ukraynanın qanunvericilik orqanlarının iradəsinin əksinə olaraq, Krımda Rusiyaya birləşmək haqqında haqqında referendum keçiriləcəkdir. Ukrayna kimi böyük bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş bu referendumda səsvermənin nəticəsinin necə olacağını proqnozlaşdırmaq mümkündür. Amma onu da proqnozlaşdırmaq mümkündür ki, dünya birliyi bu referendumun nəticələrinin tanınması məsələsində birmənalı mövqe nümayiş etdirəcək və Ukraynanın ərazi bütövlüyünün pozulması ilə bərabər, Rusiyanın Krımı özünə birləşdirmək cəhdlərinə dəstək verməyəcəkdir.

İstər dünya dövlətlərinin liderlərinin, istərsə də Risiya istisna olmaqla digər ölkələrin siyasətşünaslarının mövqelərini və təhlillərini ümumiləşdirməklə belə bir qənaətə gəlmək mümkündür ki, Krımın Rusiyaya birləşdirilib-birləşdirilməməsindən asılı olmayaraq yeni formalaşan beynəlxalq şərait heç də Rusiyanın xeyrinə deyildir. Çünki Rusiya Gürcüstana münasibətdə olduğu kimi, Ukraynaya münasibtdə də daha radikal şəkildə güc siyasətinin tətbiqinə rəvac verdi və bununla da dünya birliyinin yekdil müqaviməti ilə qarşılaşdı. Doğrudur, Krım xalqının öz müqəddəratını həlletmə məsələsi də ortaya atılmışdır. Amma bunun bir siyasi oyun olduğu və Rusiyanın siyasi məqsədlərinin pərdələnməsi üçün kütləvi təbliğat mövzusuna çevrildiyi dünya birliyində elə də şübhə doğurmur.

Bir çox siyasətşünaslar Krım böhranının yaranmasını qərbin apardığı siyasət qarşısında Rusiyanın məcburən əl atdığı bir vasitə kimi dəyərləndirirlər. Başqa sözlə geosiyasi mübarizədə küncə sıxışdırılmış Rusiyanın öz təhlükəsizliyinin və maraqlarının qorunması üçün belə bir siyasətə əl atması bildirilir. Bununla da güman edilir ki, Rusiya çoxdan arzusunda olduğu Krım kimi strateji əhəmiyyətli bir məntəqəni əldə etmiş oldu. Amma daha geniş təhlillər göstərir ki, Rusiya Krımı əldə etmiş olsa da Ukraynanı əldən vermiş oldu və Ukraynanın qərbə təmayülünü heç də təsadüfi və ya yalnız Ukraynanın millətçi dairələrinin əməllərinin nəticəsi saymaq olmaz. Ukraynada başlanan hərəkat Rusiya mətbuatının təqdim etməyə çalışdığı kimi, yalnız Ukrayna millətçilərinin iddialarının nəticəsi deyil, daha geniş kütlələrin davamlı tələblərinin gətirdiyi bir nəticə oldu. Rusiyanın təzyiqlər yolu ilə Ukraynanı da, Qazaxstan, Belorus və Ermənistan kimi Gömrük İttifaqına gətirmək siyasəti öz nəticəsini vermədi və Ukrayna qərbə istiqamətlənməyə üstünlük verdi. Ukrayna xalqı bu istiqaməti ona görə seçmədi ki, qərb Rusiyaya nisbətən iqtisadi çiçəklənmə məkanıdır. Qərbin Bolqarıdstan, Rumıniya, Polşa, Baltik dövlətləri kimi dövlətləri iqtisadi inkişafına görə Rusiyadan xeyli geridə qalır. Amma bu ökələrdə davamlı inkişaf üçün əsas olacaq siyasi liberallıq və demokratik bir durum vardır. Ukrayna xalqı da gələcək uğurlu inkişafın əsasını bu siyasi liberalizm və demokratik cəmiyyətdə görürlər. Rusiyanın hakim dairələr isə bu meyli vaxtında proqnozlaşdıra və uyğun siyasət yeridə bilmədilər və əgər bu ölkədə izlənilən siyasətə yenidən baxılmasa onda hətta Rusiyanın forpostu sayılan Ermənistanda da Ukrayna hadisələrinin təkrarlanacağını istisna etmək olmaz.

Nəticədə, Krım böhranı hansı dəyişiklikləri gətirəcəyini qısaca konkretləşdirmək olar. İlkin təhlillər göstərir ki, Krım ətrafında baş verən hadisələrdən sonra:

1. Rusiya mövcudluğu dövründə ilk dəfədir ki, ən böyük siyasi izolyasiya ilə qarşılaşıb

Rusiya ilə Ukrayna arasındakı siyasi gərginlik artacaq və bununla Rusiyanın

avropadakı geosiyasi təsiri kiçiləcək

2. Rusiya ciddi iqtisadi sansiyalarla qarşılaşa bilər

3. Rusiyanın keçmiş Sovet ölkələrinə qarşı siyasəti daha da radikallaşa bilər, xüsusilə Orta Asiyada rus əhalisinin qorunması adı altında Kazaxıstan və Cənubi Qafqaz respublikalarına qarşı bu siyasət yürüdülə bilər

4. Dünya ölkələrində və keçmiş sovet respublikalarında Rusiyaya qarşı etimad kifayət qədər zəifləyəcək

5. Qarşılıqlı sıyasət aparmadığı üçün MDB –nin bir təşkilat kimi mövcudluğu şübhə altına alınacaqdır

6. Krımın tərkibindəki seperativ hərəkat Rusiyanın daxilindəki separatizmin başlanmasına səbəb ola bilər.

7. Rusiyada müxalifət Putinə qarşı güclənə bilər

8. Krım krizisi iki doğma slavyan xalq arasında ciddi uçurum yaradıb

9. Krım böhranı Rusiya ilə Amerika arasındakı hərbi əlaqələri zəflədə bilər. O, cümlədən Əfqanıstandakı NATO qüvvələrinin Rusiyadan daşınması dayandırıla həmin qüvvələrin Cənubi Qafqazdan keçməklə çıxarılması aktuallaşa bilər.

10. Krım böhranı ilə politoloqların söylədiyi kimi soyuq müharibənin yeni fazası açıla bilər.

Nəsrin Süleymanlı,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM