27 mart tarixi məşhur kosmanavt Yuri Qaqarinin ölüm günüdür. Modern.az saytı Qaqarinin taleyindən bəhs edən yazını təqdim edir.
Kosmosa uçuş niyə məhz aprelin 12-ə planlaşdırılıb? Çünki 1961-ci ilin aprel ayının sonunda Amerikada kosmosa uçuşun baş tutacağı haqqında SSRİ rəhbərliyində məlumat olub. Bu səbəbdən də amerkalıları qabaqlamaq üçün vaxtından əvvəl hazırlıq işlərinə son qoyulub. Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verib. "Vostok" gəmisində uğurla kosmosa çıxan Yuri Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra müvəffəqiyyətlə qayıdıb. Uçuş istənilən nəticəni versə də problemlər də yaşanıb.
"Vostok" gəmisinin bölünməsi məlum olmayan səbəblərdən 10 dəqiqə gec baş tutub. Bunun nəticəsində də Yuri Qaqarin nəzərdə tutulduğu yerdən təxminən 110-120 km aralıda yerə enib. Elə həmin andaca Qaqarini xüsusi təyyarə ilə Moskvaya gətiriblər. Onu "Vnukovo" hava limanında Xruşov şəxsən qarşılayıb.
Kocmonavt Nikita Xruşova uçuşun müvəffəqiyyətlə başa çatması haqqında məruzə edib. Sonra isə Kremldə 108 dəqiqəlik gərginliyi çıxarmaq üçün ziyafət stolları açılıb. Həmin gün Qızıl meydanda yüz minlərlə insan bu hadisəni əsl bayram kimi qeyd ediblər.
Baş leytenant rütbəsi ilə kosmosa uçan Yuri Qaqarin yerə enəndə artıq mayor rütbəsində olub. Nikita Xruşov müdafiə nazirinə göstəriş verib:
- Qaarinin rütbəsini artırın.
Nazir isə bu məsələnin artıq həll olunduğunu söyləyib:
- Nikita Sergeyeviç, mən artıq Yuri Qaqarinin kapitan rütbəsi alması ilə bağlı əmr imzalamışam.
- Böyük səhvə yol vermisən, kapitan yox mayor rütbəsi.
Namizədlər arasında Yuri Qaqarinin seçilməsi onun sadə bir ailədən olması idi. Yuri Qaqarin 1934-cü ildə Smolensk vilayətində kəndli ailəsində anadan olub. Onun atası Aleksey Qaqarin dülgər, anası Anna Qaqarina isə heyvandarlıqla məşğul idi. O, 1941-ci ildə orta məktəbə gedib, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçüblər. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metaltökmə üzrə ixtisasa yiyələnib. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olub və oktyabr ayından Saratov aeroklubunun üzvüyünə yazılıb. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edib. 27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılıb və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilib. 25 oktyabr 1957-ci ildə həmin məktəbi bitirib. 9 dekabr 1959-cu ildə Yuri Qaqarin ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edib. O iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilib.
Yuri Qaqarin kosmosu fəth edəndə cəmisi 27 yaşı olub. 108 dəqiqə "göylərin qonağı" olmaq onun həyatını tamamilə dəyişib. Dünyanın ən populyar adamına çevrilən kosmonavt istər xarici ölkələrdə, istərsə də sovetlər birliyində saysız-hesabsız görüşlər keçirib.
14 aprel 1961-ci ildə o SSRİ-nin ən yüksək təltifinə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bununla yanaşı, Qaqarinin mükafatlandırılması ilə bağlı SSRİ Nazirlər Sovetinin qərarı olub. Qərara əsasən Yuri Qaqarinə 4 otaqlı mənzil, "Volqa" avtomobili, mebel və bütün ailə üzvlərinə xaricdə istehsal olmuş yay-qış geyimləri verilib. Kosmonavtın "Volqa"sının nömrəsi 12-04 YuAQ olub ki, bu da onun uçuş tarixini, adını, atasının adını və soyadını əks etdirib.
İngiltərəyə səfəri zamanı şahzadə ikinci Yelizaveta Qaqarini ziyafətə dəvət edib. Şahzadə həmçinin saray qaydalarını pozaraq onunla şəkil çəkdirib. O bunu belə əsaslandırıb ki, Qaqarin yerin adamı deyil, göylər adamı ilə şəkil çəkdirmək isə saray qaydalarına zidd deyil. Bu ziyafətdə Qaqarin bir az narahatçılıq da keçirib. Sovet adamı üçün hədsiz zəngin görünən süfrədə o qədər çəngəl, bıçaq, qab-qacaq olub ki, Qaqarin bunlardan necə istifadə olunmasında çətinlik cəkib. Buna görə də o gözləyib ki, əvvəlcə şahzadə yeməyə başlasın və o da ona baxıb hərəkət etsin. Tərslikdən şahzadə də onu gözləyib. Çıxılmaz vəziyyətdə qalan kocmonavt deyib:
- Bilirsiniz, mən adi bir təyyarəçiyəm. Belə zəngin süfrə arxasında özümü necə aparmağı mənə öyrətməyiblər.
İkinci Yelizaveta gülümsəyərək cavab verib:
- Mister Qaqarin, açığını deyim ki, saraylarda böyüməyimə baxmayaraq mən də bu süfrə ləvazimatlarından necə istifadə edildiyini bilmirəm. Ona görə də kimə necə rahatdırsa gəlin elə də yeyək.
Yuri Qaqarin ictimai işlərdə fəallıq göstərib, ölkənin ictimai həyatında yaxından iştirak edib. O SSRİ Ali Sovetinin deputatı olub. Gənclərin yaxın dostuna çevrilən Yuri Qaqarin komsomolçularla da işgüzar əlaqələrdə olub.
Kosmonavtın o dövrdə Ümumittifaq Komsomol komitəsində işləyən azərbaycanlı Əbdürrəhman Vəzirovla birgə çəkdirdiyi şəkil də buna sübutdur.
Onun ən böyük arzularından biri ilk dəfə Ayı fəth etmək olub. Ancaq onu bir müddət uçuşlarda iştirak etməyə icazə verməyiblər. Elə bu müddətdə də bütün qapılar üzünə açıq olan Yuri Qaqarin içkiyə, əyləncələrə qurşanıb. Təbii ki, bu da onun fiziki hazırlığına kifayət qədər mənfi təsir göstərib. Ancaq Qaqarin düşdüyü bu vəziyyətdən tez də geri dönməyi bacarıb və yenidən məşqlərə başlayıb.
Növbəti sınaq uçuşlarının birində isə, 1968-ci il martın 27-də saat 10:18-də Sovet İttifaqı Qəhrəmanı Vladimir Sereginlə Çkalovsk aeroportundan qalxan Yuri Qaqarin 34 yaşında qəzaya uğrayaraq həlak olub.
Bu qəza və Yuri Qaqarinin ölümü bu günə kimi də müəmmalı olaraq qalır. Bu hadisə ilə bağlı bir çox versiyalar - düzgün verilməyən hava proqnozu, kosmonavtların sağlamlıq durumunun qaydada olmaması, texniki nasazlıq, qeyri-düzgün idarəetmə və hətta siyasi motiv mövcuddur.
Kosmosu fəth edən ilk kosmonavt Yuri Qaqarin Moskvada Kreml divarlarında dəfn olunub.
Strategiya.az
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM