Azərbaycan-İran münasibətlərində yeni fəallaşma

08:08 / 17.03.2014

Ötən həftənin olayları içərisində diqqəti cəlb edən məsələlərdən biri sözsüz ki, Azərbaycan-İran münasibətlərində özünü göstərən diplomatik fəallaşma oldu. İran xarici işlər nazirinin müavini və Xəzər məsələləri üzrə İran prezidentinin xüsusi nümayəndəsi Rəhimpurun Bakıya səfəri, onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə, Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovla görüşü, cənab Rəhimpurun Naxçıvana səfəri və orada Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüşü, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Türkiyənin Van şəhərində üçtərəfli görüşü, Azərbaycan Fövqəladə Hallar naziri K.Heydərovun İrana səfəri və onun İran prezidenti ilə görüşü, bu hadisələrdən əvvəl isə mətbuatın verdiyi məlumata əsasən Azərbaycanın İrandakı səfirinin İran xarici işlər nazirinin müavini ilə, sonra da İranın Şərqi Azərbaycan vilayətinin rəhbərliyi ilə görüşləri haqqında danışılan diplomatik fəallığın təsdiqidir. Bütün bunların davamı kimi, bu günlərdə mətbuatda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yaxın zamanlarda İrana səfəri haqqında da məlumat yayıldı. Bu isə iki ölkə münasibtlərində doğrudan da yeni bir səhifənin açılması üçüm müsbət bir zəminin ortaya gəlməsindən xəbər verir.
Azərbaycan Respublikasının rəhbərliyi dəfələrlər böyük qonşu dövlət kimi İranla münasibətlərin Azərbaycanın xarici siyasət prioritetlərindən birini təşkil etdiyini, bu ölkənin daxili işlərinə qarışmadığını və üçüncü bir ölkənin də Azərbaycan ərazisindən İrana müdaxilə etməsinə yol verilməyəcəyini bildirmişdir. Azərbaycanın bu prinsipial mövqeyi İran ətrafında beynəlxalq şəraitin kəskinləşdiyi illərdə onun İranla münasibətlərin səmimi dostluq münasibətləri üzərində qurmaq əzminin göstəricisi idi və qeyd etmək lazımdır ki, Azərbaycann İrana qarşı belə bir mövqedə olması İran ətrafında yaranan böhranın daha da drinləşməsinin qarşısının alınmasına kömək etdi. Baxmayaraq ki, bu prinsipial mövqeyinə görə Azərbaycanın müəyyən beynəlxalq təzyiqlərlə qarşılaşdığı da istisna deyildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə İranın yeni prezidenti Həsən Ruhani arasında artıq işgüzar bir münasibət formalaşmaqdadır. Bu iki prezidentin cari ilin əvvəlində Davosda görüşü, onların qarşılıqlı rəsmi səfərlər həyata keçirmək haqqındakı razılaşması ikitərəfli əməkdaşlığın genişləndirilməsi və inkişaf üçün ortaya qoyulan iradənin göstəricisidir. Şübhə yoxdur ki, Azərbaycan Respublikası Prezidentinin yaxın zamanlara planlaşdşrılan səfəri də bölgədə olan gərginliyin aradan qaldırılmasında, tərəfləri maraqlandıran suallara cavab tapılmasında, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün yeni yolların axtarılmasında əhəmiyyətli olacaqdır.
Azərbaycanın, Türkiyənin və İranın xarici işlər nazirlərinin Türkiyənin Van şəhərində keçirilən üçtərəfli görüşündə və Azərbaycan və İran xarici işlər nazirlərinin bu tədbir çərçivəsində ikitətərəfli görüşündə toxunulan məsələlər də Azərbaycan-İran münasibətlərinin inkişaf etdrilməsi baxımından kifayət qədər maraq kəsb etməkdədir. Qeyd etmək lazımdır ki, bu üçtərəfli görüş İranda yeni prezidentin fəaliyyətə başlamasından sonra keçirilən ilk görüş idi. Ona görə bu görüş İranın yeni hökumtinin Türkiyə və Azərbaycanla bağlı siyasətinin hansı istiqamətdə olacağını müəyynləşdirmək baxımından əhəmiyyətli idi. Aparılan müzakirələr, verilən bəyanatlar göstərdi ki, qarşılıqlı münasibətlərin müəyyənləşdirilməsində bu iki dövlətin bəyan etdiyi siyasətin Ermənistan mətbuatında dəfələrlə bu layihə haqqında yazılar çap olunub və İran tərəfi Qəzvin-Astara dəmir yolu xəttinin tikintisinə üstünlük verməyə çağırılıb. Həmin layihənin icrası erməni millətçilərini kifayt qədər narahat etməkdədir. Çünki həmin layihənin icrası ilə dost və qonşu olan İranla Azərbaycan arasındakı bağlılığı daha da artıra bilər.
Hər halda ümid etmək yaxşı olar ki, İran ərazisində Qəzvin-Astara dəmir yolu xəttinin çəkilişinin ildən ilə ləngiməsi heç də ermənilərin çağırışı ilə bağlı deyil və erməni maraqları heç də İran və bölgə maraqlarından üstün tutulmayacaq, Azərbaycanla İran arasında başlanan yeni diplomatik fəallaşma Astarada iki ölkənin dəmir yolu xətlərinin tezliklə birləşməsinə zəmin yaradacaqdır.
Yeni şəraitdə Təbriz-Naxçıvan dəmir yolu xəttinin yenidən fəllaşdırılması və bu xəttin Türkiyə dəmir yolları ilə birləşdirilməsi də ikitərtəfli və üçtərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına yeni bir töhfə ola bilər. Bu dəmir yolu xəttinin fəallaşdırılması xüsisilə təcavüzkar Ermənistan qarşısında İranın prinsipial siyasətinin aydınlaşdırılmasında yeno gözləntiləri ortaya qoya bilər. Məlumdur ki, hazırda Ermənistanın millətçi dairələri İran-Ermənistan dəmir yolu xəttinin çəkilməsinə böyük maraq  göstərirlər. Bu dəmir yolunun çəkilməsi ilə Ermənistan tərəfi iqtisadi blokadadan çıxmağa və bununla Azərbaycan torpaqları üzərinə işğalı daha da möhkəmləndirməyə çalışırlar. Əslində, İranı Naxşıvandan keçməklə Ermənistanla birləşdirən dəmir yolu xətti mövcuddur. Ermənistan bu dəmir yolu xəttinin yenidən istifadəsini istəmir. Bu dəmir yolu xəttindən ermənilər o vaxt istifadə edə bilərlər ki, onlar işğalçılıq siyasətindən əl çəksinlər və bundan sonra Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığa başlansın. Bu dəmir yolu xəttinə alternativ dəmir yolu xətti kimi Təbriz-Mehri-Yerasx dəmir yolu xəttinin çəkilməsinə çalışmaqla ermənilər bir daha bəyan edirlər ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilmək istəyində deyildirlər. Çox təəssüf ki, mövcud məlumatlara görə, İranda da müəyyn dairələr İran-Ermənistan dəmir yolu xəttinin çəkilməsinə və bunun üçün müəyyən maliyyə vəsaitlərinin ayrılmasına da hazırdırlar. Müvafiq bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İran tərəfinin öz prinsipial mövqeyində qalması ilə nəinki İran-Ermənistan dəmir yolu xəttinin çəkilməsinə yenidən baxıla, eyni zamanda Ermənistana təzyiq göstərməklə onu Təbriz-Culfa-Naxçıvan-İrəvan dəmir yolu xəttinin açılmasına sövq etmək olar. Başqa sözlə, İran Ermənistana təzyiq edə bilər ki, işğalçılıq siyasətindən əl çəkməklə bölgənin iqtisadi imkanlarından bəhrələnə bilsin.
Bölgənin thlükəsizlik konfiqurasiyasının yaradılmasında İranın rolu inkar edilə bilməz. Azərbaycan ictimaiyyətində isə belə bir inam vardır ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin aradan qaldırılmasında İranın böyük imkanları vardır.  Azərbaycanla İran arasında özünü göstərən yeni diplomatik fəallaşmanın bu imkanların həyata keçməsinə kömək edib-etməyəcəyini isə ikitərəfli münasibətlərin gələcəyi göstərəcəkdir.
 
 

Nəsrin Süleymanlı

(Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM