Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, başsağlığında bildirilir: "Pakistan İslam Respublikasının Lahor şəhərində törədilmiş terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisələrdən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq. Bütün yaralılara Tanrıdan şəfa arzulayıram.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".