Mayın 18-də Bakıda 2-ci Avropa-Azərbaycan Biznes Sammiti keçiriləcək.
Tədbirdə üç prioritet sahə, o cümlədən kənd təsərrüfatı və qida sənayesi, nəqliyyat və logistika, turizm sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunacaq.
Təbdir çərçivəsində panel iclaslar, B2B görüşlər təşkil olunacaq. Eyni zamanda, sammitdə Avropa İttifaqı ölkələrini təmsil edən şirkətlərin nümayəndələri Azərbaycanda necə biznes qurmaq, ölkədəki biznes imkanlarından necə faydalanmaq və ölkənin biznes mühiti ilə tanış olmaq barədə məlumatlandırılacaqlar.(AzərTAc)