Strategiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu ərazisindən keçən Akkuşa çayına “KamAZ” markalı yük avtomobilinin düşməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarış-xilasetmə işlərinə başlayıblar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.