Strategiya.az AZƏRTAC-a istnadən bildirir ki, bütün dünyada televiziya ekranları qarşısında əyləşən milyonlarla azarkeş də Bakının tarixi mərkəzinin gözəlliklərini qiymətləndirə biləcəklər. Müasir dövrün ən sürətli şəhər trasını hazırlayanlar bunun da qeydinə qalıblar. Bir sözlə, iyun ayında bizi dünya səviyyəli yürüşlərin adi startı deyil, "Formula-1" yarışlarının yeni - Bakı mərhələsinin başlanğıcı gözləyir. Şəhərimizin də adı bu əfsanəvi yarışın tarixinə qızıl hərflərlə yazılacaq.
Sürət həvəsi və ya Bakı virajları
2016-cı il "Formula-1" yarışlarının hər mənada möhtəşəm olacağı gözlənilir. Avropa Qran-prisinin təmsilçisi, ikiqat dünya çempionu avtoyürüşçü Fernando Alonso bu yaxınlarda Bakıda səfərdə olub. Onun sözlərinə görə, qarşıdakı yarışda iki mühüm amil - pilotların öz məharətlərini göstərməsi üçün çox maraqlı tras və baxımlı televiziya translyasiyası çox uğurlu şəkildə əlaqələndiriləcək. Beləliklə, hamı razı qalacaq - avtoyürüşçülər də, tribunalardakı azarkeşlər də, televiziya tamaşaçıları da. Gələcək avtoyürüşün favoritlərindən biri vurğulayıb: "Mənim fikrimcə, dünyanın ən sürətli şəhər trasında "Formula-1" avtomobilləri saatda 300 kilometrdən artıq sürətlə şütüyəndə tamaşaçılar razı qalacaqlar. Burada bizi müxtəlif amillərin ideal şəkildə birləşməsi gözləyir - sürətli döngələr, rəqibləri ötüb keçmək üçün imkanlar. Adətən şəhər traslarında bütün bunlar üçün imkan olmur, çünki bir qayda olaraq bu traslar ensiz olur, orada ötüşmək üçün məkan məhduddur. Bakıda isə hər şey başqa cür olacaq".
Yarışın təşkilatçılarının səylərini xüsusi qeyd etmək lazımdır. Onlar can-dildən çalışıblar. 6 kilometrlik trasda mürəkkəblik dərəcələri müxtəlif olan 20 döngə var. Bu tras Bakının lap mərkəzindən, o cümlədən İçərişəhərin dövrəsindən keçir, sanki hamını yaşı iki min ildən çox olan bu şəhərin tarixinə maraqlı səyahətə dəvət edir.
Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı - Bakının bu və bir sıra başqa ünvanları digər "Formula-1" traslarından fərqlənən yürüş marşrutunun tərkib hissələridir. Neftçilər prospektinin müəyyən hissəsində maşınlar müxtəlif istiqamətlərə hərəkət edəcək: 6-cı döngədən 7-ci döngəyə qədər bir istiqamətdə, 19-cu döngədən 20-ci döngəyə qədər əks istiqamətdə. Xüsusi beton arakəsmə hərəkətin təhlükəsizliyini təmin edəcək.
Trasın bir tərəfində Bakının rəmzi -qala divarları fonunda XII əsrdə inşa edilmiş "Qız qalası", digər tərəfdə Bulvar boyunca Xəzərin lacivərd suları - pilotları və yarışların tamaşaçılarını belə bir panoram gözləyir. Təşkilatçılar inandırırlar ki, qala divarları və şəhərin köhnə hissəsinə açılan qədim darvazalar fonunda döngədən şütüyüb çıxan maşınları görəndə tamaşaçılar hədsiz həyəcanlanacaq, bu səhnənin televiziyada yayılan mənzərəsi isə sadəcə fantastik təsir bağışlayacaq.
Xəzər sahilində ultramüasir şəhər
Yarışlar keçirilən dövrdə Bakının siması dəyişəcək. Sahil küçəsində və İçərişəhərin yaxınlığında əyləncə zonaları, o cümlədən "F1 Village" zonası yaradılacaq, həmin məkanlarda qurulacaq səhnələrdə dünya ulduzları çıxış edəcək.
Yarışlar arasında fasilələrdə bizim gözəl şəhərimizlə, onun görməli yerləri və mədəniyyəti ilə tanış olmaq üçün hökmən vaxt ayırın. Qədimliklə müasirliyin ecazkar şəkildə qovuşduğu Azərbaycan paytaxtı turistləri maqnit kimi cəzb edir. Dövrəsinə qala çəkilmiş köhnə şəhər - İçərişəhər Bakının qonaqlarının xüsusi maraq obyekti olacaq. Açıq səma altında yerləşən bu muzey, buradakı məşhur Qız qalası UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qalanın memarlıq siması bənzərsizliyi ilə fərqlənir. Burada orta əsr memarlığının 44 abidəsi, o cümlədən XV əsrdə Şirvan hökmdarlarının iqamətgahı olmuş nadir Şirvanşahlar Saray kompleksi yerləşir. Şəhərdən kənara çıxmağa da vaxt tapın. Bakıdan 30 kilometr aralıda, Suraxanı qəsəbəsində Zərdüştilik dövrünün abidəsi - atəşpərəstlərin "Atəşgah" məbədi yerləşir. Bir qədər uzaqda, Bakının 60 kilometrliyindəki Qobustan qəsəbəsində isə dünya mədəniyyətinin ən nadir abidəsi - bəşər sivilizasiyasının ilk məskənlərindən biri yerləşir. Burada insanların və heyvanların təsvir edildiyi 4 min qayaüstü rəsm aşkarlanıb. Qobustan tarixi-bədii qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Paytaxtın müasir siması da qonaqlar üçün çox maraqlı olacaq. Bakının yeni rəmzləri arasında möhtəşəm "Flame Towers" ("Alov qüllələri") kompleksi, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi "Crystal Hall" idman-əyləncə kompleksi, Heydər Əliyev Mərkəzi və digər obyektlər xüsusi qeyd edilməyə layiqdir. Dənizkənarı park və ya sadəcə Bulvar şəhər sakinlərinin və paytaxtın qonaqlarının sevimli gəzinti yeridir. Bakıda çoxsaylı ticarət-əyləncə mərkəzləri, butiklər, kinoteatrlar, konsert və sərgi meydançaları, muzeylər, restoranlar, məşhur dünya brendlərinin otelləri və əlbəttə, günəşli şəhər çimərlikləri fəaliyyət göstərir. Bütün bunlar sizin xidmətinizdədir.
Əgər siz sürəti və əla istirahəti xoşlayırsınızsa, Bakını hökmən sevəcəksiniz!
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM