O aktrisa indi hardadır?

08:47 / 31.03.2016

““Yeşilcam”ın ən romantik filmi hansıdır?” sualını versək yəqin ki, ilk üçlüyə, baş rollarını Kamal Sunal və Ece Altonun paylaşdığı “Qərib” filmi də düşər.

 

O dövrün ən yaxşı uşaq aktyorlarından biri olmağı bacaran Fatoş, yəni Ece Alton kamera ilə tanış olanda cəmi 6 yaşı var idi. Həmin filmdə onun səsləndirdiyi sözləri hamını qəhərləndirir: “Bizi qovuşdurmazlar, ata, səni o biri dünyada cənnətdə gözləyəcəm...”

 

Filmin üzərində illər keçib. Ece Alton reklam filmlərinə çəkilib. Sonradan isə çəkilişlərdən tamam uzaqlaşaraq özünə yeni bir dünya qurub. 1980-ci ildə dünyaya gələn Ece Alton Türkiyə mətbuatına həyatı ilə bağlı açıqlamalar verib.

 

 

Evə gələn qonaq həyatını dəyişdirdi

 

Ece Alton, aktrisa olmaq üçün doğulub. O, uşaq vaxtı hər səhər ailəsinin qarşısında yeni rolla çıxırmış: “Valideynlərimin dediyinə görə, günə bir rolla başlayırmışam və səhər yeməyində həmin rola uyğun paltar geyinirmişəm. Bir yerə gedəndən orada bütün vaxtımı yanımdakılarla söhbət edərək keçirirmişəm.”

 

Altonun həyatını evlərinə gələn bir qonaq dəyişdirdi desək səhv olmaz: “Orta məktəbə getməyə az qalmış evimizə anamın bir şagirdi qonaq gəlmişdi. Mənə baxanda dedi ki, bu uşaq evdə yorular, bunu bəlkə film çəkilişlərinə aparaq. Əgər istedadı varsa, içində qalmasın.”

 

 

 

Kaş ki, mikrofonu Məmduh Una uzada bilsəydik...

 

Ece Altonun çəkiliş macərasına reklam filmlərində çəkilməklə başlayıb, sonra isə “Qərib” filminə gəlib: “Reklam filmlərinin çəkilişləri davam edərkən işlədiyimiz agentlik film layihəsi gətirdi. Kaş ki, mikrofonu Fatma Girik və Məmduh Una uzada bilmə şansımız olsaydı... Seçimləri az-çox xatırlayıram. ”Onuncu mərtəbədən tullanacaq, şüşə qıracaq” deyirdi rəhmətlik Məmduh Un. Bütün uşaqlar qorxurdu. Hətta anasını qucaqlayıb ağlayanlar var idi. Bir də mən var idim. 100-cü mərtəbədən tullanaram. Bu nədir ki? Orda tullana bilməyənlər indi mühəndis olublar”.

 

Alton sonralar “Gecənin digər üzü” və “Birincilər uşaq klubu” seriallarında, “Ağ motosiklet”, “Kaşanlı Əli Dastanı” filmlərində, “Əməl Sayın ilə 23 aprel klipləri” və “Xalid Kıvançla TRT uşaq şənliyi” kimi bir çox layihələrdə yer alıb:“Ən gözəl təhsil və əyləncə “Gecənin digər üzündə” idi. Yaradıcı heyət məktəb kimi idi, Firuzan, Gülsüm Qaramustafaoğlu, Zuhul Olcay, Haluk Bilginər, Müşfiq Kenter və çox tez dünyasını dəyişən rəhmətlik Okay Uysuler...”

 

Ece Altonun kameralardan uzaqlaşma səbəbi uşaqlara aid ssenarilərin olmaması idi: “Uşaq ulduzlu ssenarilərdə vuruşma, fahişəlik, yalan, qan, şiddət yer alırdı. İndikindən heç fərqi yox idi. Uşaq təbiətinə uyğun ssenarilər isə maliyyə sıxıntısı ilə üzləşirdi və çəkiliş gerçəkləşmirdi. Biz uşaq ssenariləri istəyirdik, amma onlar bunu istəmirdi. Biz “arabesk” istəmirdik. Ona “yox”, buna “yox” deyə-deyə kameralardan uzaqlaşdıq”.

 

 

Buz konkisində medal almağa başladım

 

Sonra Ecel Alton idman macərasına başlayır: “Buz konkisiylə məşğul olmağa başladım. O vaxtlar bu idmanla məşğul olan 30 nəfərdən biri idim. İstanbul və Türkiyədə medal aldım. Sonra baletlə və at sürməklə məşğul oldum”.

 

 

Mühəndis ola bilmədim...

 

Ece Alton gərgin işlər arasında məktəbə çox vaxt ayıra bilməyib: “Məktəbə çox gedə bilmədim. Bu səbəbdən mühəndis ola bilmədim. İstanbul Universitetinin italyan dili və ədəbiyyatında oxudum. Məktəbə gedib-gələndə bir səyahət agentliyi ilə tanış oldum. Agentlik, otel, konfranslara gedə-gedə pulumu çıxarırdım. Magistraturanı başa vurub doktoranturaya başlayanda, bir yandan da Turizm-otelçilikdə oxudum. Bir müddət də İstanbulda işlədim”.

 

 

Çamadanı yığıb düşdüm yollara

 

Ece Alton ailəsinin “Assos”da olan evlərinin satılması qərarını verəndən sonra çantasını toplayıb yola çıxıb... Həmin müddətdə oteli yaz hazırlığında olan Ece, vaxtının çoxunu alaq etməklə, tualet təmizləmək, paltar ütüləmək, peraşki bişirməklə və s. keçirir. Özünü turizmə həsr Alton, indi sahibi olduğu 5 otaqlı otelin idarəçiliyini edir:

 

“Son 6 ildir Assos, Behramkalədəyəm. “Assos Alarga” adını verdiyim oteldə həm yaşayıram, həm də işləyirəm. Otel dünyası da bir səhnədir. Hər gün tamaşaçınız dəyişir və siz hər gün bir ssenari ilə günü bitirirsiz. Qonaqlar olduğu müddətdə kameralar işləyir. Onları xoşbəxt eləməlisiniz, hədəf budur. Otellərdə uzun saatlar və şəxsi həyat olmadan bir həyat var. Onlar əylənəndə, bayram edəndə siz onların xoşbəxtliyi üçün çalışırsınız”.

 

Qeyd edək ki, “Qərib” filmi 1986-cı il istehsalıdır. Filmi “Yeşilçam”ın ən məşhur rejissorlarından olan Memduh Ün çəkib.

 

Filmdə məşhur türk aktyoru Kamal Sunal dolanmaq üçün nə iş olsa edən, futbol həvəskarı, “Beşiktaş” futbol klubuna aşiq olan biri və “Qara Qartal”ın papağını başından əskik etməyən gəncdir. Çörəyini “daşdan çıxaran” gənc, ağ-qara rəngə boyadığı qayığın içində, qundaqda körpə tapır. O, körpəni sevgilə böyüdür və heç kimə vermir. Uşağın bezini dəyişən zaman, uşaq ağlayan zaman “Sən “Qalatasaray”lısan, onlar da çox ağlayır“ deyir. Uşaq böyüyəndə dəcəl və şirin qız olur. Atasının əksinə olaraq o, həqiqətən də “Qalatasaray”lı olur. Ata-qız tez-tez futbol matçlarına gedir. Qatı “Beşiktaş” həvəskarı olan rejissor Memduh Ün filmdə də bunu hiss etdirir, tez-tez futbol matçlarından görüntülər yerləşdirir. Bir müddət keçdikdən sonra uşağın əsl ailəsi ortaya çıxır və işlər daha da qarışır. Dram və komediya janrında olan filmin baş rollarını Kamal Sunal, Reha Yurdakul və Renan Fosforoğlu ifa edir. //Lent.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM