Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Həsən Həsənova məxsus turizm şirkətinin ofisindən 2700 manat və müşahidə kamerası oğurlamış həmyerlisi Zöhrab Həsənov tutulub.