Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu Monteneqro Prezidenti Filip Vuyanoviç "bne IntelliNews" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakı və Podqoritsa arasında olan möhkəm tərəfdaşlıq münasibətləri Monteneqroya iqtisadiyyatın şaxələndirilməsində kömək edə bilər: "Azərbaycanla münasibətlərimizdən çox razıyam. Azərbaycan qazının idxalı Monteneqronun sənaye inkişafına təkan verəcək və əlaqələrimizi daha da möhkəmləndirəcək".