Strategiya.az xəbər verir ki, Trend-ə bunu “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik stansiyada sərnişinlərin hərəkətini nizamlamaq məqsədilə edilib. “Bənövşəyi xətt”in ilk iki stansiyası olan “Memar Əcəmi-2” və “Avtovağzal” metro stansiyaları istismara verildikdən sonra “Memar Əcəmi” ilə birlikdə bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün bu gündən "Memar Əcəmi"nin giriş və çıxış yeri dəyişdirilib.
Qeyd edək ki, “Memar Əcəmi” metro stansiyası açılacaq iki yeni stansiya üçün keçid olacaq. “Avtovağzal” və “Memar Əcəmi-2” metro stansiyalarının açılışı 2016-cı ilin birinci yarısında nəzərdə tutulub.