Strategiya.az-a verilən məlumata görə, yoxlama və araşdırmaların nəticələrinə əsaslanaraq 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru İsayeva Samirə Məmməd qızına və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məcidova Elmara Qəzənfər qızına yazılı xəbərdarlıq edilib.
Həmçinin, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Həsənova Rəna Zakir qızına və Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğluna töhmət elan edilib.