Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə daşınmaz əmlakın qeydiyyatını sadələşdirməkdə davam edir. Komitənin bu sahədə həyata keçirdiyi tədbirlər və kampaniyalar sayəsində vətəndaşlar və əmlak sahibləri artıq hətta evlərindən çıxmadan qeydiyyat sənədləri ala bilirlər. Belə tədbirlərdən biri - respublikanın ən ucqar ərazilərini də əhatə edən “Kütləvi çıxarış” kampaniyası 1 aprel tarixində Sabunçu rayonunda keçirib. Kampaniya zamanı 100-ə yaxın vətəndaş komitənin mobil ofislərində birbaşa öz ünvanlarındaca qeydiyyat xidmətlərindən faydalanıb.
Budəfəki kampaniya çərçivəsində Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi ilə əlaqədar Pirşağı və Kürdəxanı qəsəbə sakinlərindən dövlət ehtiyacı üçün alınmış və əvəzində verilən yeni torpaq sahələrinə dair 60-a yaxın vətəndaşa çıxarışlar təqdim olunub. Bu, vətəndaşların mülkiyyət hüquqlarının səmərəli təmin olunmasında, əlçatan və rahat şəkildə mülkiyyətin qeydiyyata alınmasında növbəti mühüm addımdır. Həmçinin 40-a yaxın sakindən ilkin mülkiyyət sənədləri qəbul edilib.
Eyni zamanda kampaniyada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında onlara çıxarışlar verilib. Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və digər hüquqi sənədlər aiddir.
Kampaniya çərçivəsində qeydiyyat orqanının əməkdaşları mobil ofislər vasitəsilə (ayrılmış xüsusi nəqliyyat vasitələrində) birbaşa vətəndaşların yaşadığı ünvanlarda qeydiyyat sənədlərini qəbul edirlər və hazır çıxarışları sahiblərinə təqdim edirlər. Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olmaqdadır.
Tədbir zamanı vətəndaşlara bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi yaxın zamanda başladığı yeni hüquqi məsləhət xidmətini hazırda davam etdirir. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan qabaq bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib təmənnasız olaraq hüquqi yardım ala bilirlər. Onların qeydiyyat, prosedurlar və zəruri sənədlərlə bağlı istənilən sualları cavablandırılır və istiqamət verilir. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.
Həmçinin vətəndaşlara dövlət başçısının tapşırığına əsasən ölkədə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin qurulması və rəqəmsal kadastr xəritələrinin yaradılması barədə də məlumat verilib. Bildirilib ki, mülkiyyət növündən asılı olmayaraq bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Sistem özündə torpaqların dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əksini tapacaq. Torpaqların sənəd və faktiki göstəriciləri arasındakı uyğunsuzluqlar, həmçinin şəhər və rayonlarda zəbt olunan ərazilər müəyyən ediləcək. Torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, münbitliyinin bərpası və qorunması təmin ediləcək. Torpaqların istifadəsinə vahid dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyində iqtisadi mexanizmlər daha da təkmilləşəcək. Elektron uçot sistemi aqrar sahənin inkişafına təkan verəcək, yeni sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində tədbirləri də davam etdirir. Bakı və regionlarda mütəmadi monitorinqlər aparılır. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. 2016-cı ildə torpaq müfəttişləri tərəfindən 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Həmin pozuntularla bağlı qanunvericiliyə əsasən inzibati tədbirlər görülüb, cərimə və ya sanksiyalar tətbiq edilib.
Qeyd olunub ki, bu tədbirlərlə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın fərdi və ya kütləvi qaydada qiymətləndirilməsi xidmətlərini də təklif edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etməklə xidmətdən istifadə etmək mümkündür. Eyni zamanda, komitə tərəfindən indiyədək Sumqayıt, Quba və Xaçmazda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi layihəsi həyata keçirilib. Belə ki, hər üç rayon üzrə bütövlükdə 150 mindən çox daşınmaz əmlakın qiymətləndirilməsi aparılıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM