Bir fotonun tarixçəsi. Övladlarını satan ana... İnsanlığn faciəsi

22:01 / 01.04.2016

Bu foto bir çox ABŞ qəzetlərində 1948-ci ilin avqustunda peyda oldu. Evin qarşısındakı kustar elanda 4 uşağın satışa çıxarıldığı qeyd olunub. Auksionu uşaqların anası - 24 yaşlı Lüsil Çallifuks təşkil edib.

Ailənin başçısı, 40 yaşlı sürücü Rey aylardır işsizdir. Körpələr acdır, üstəlik də ailə kirayələdiyi evi borclara görə tərk etməlidir. Evdən qovularkən Lüsilin ağlına uşaqlarını satmaqdan başqa ideya gəlmir.

Fotoda Lüsil utandığından üzünü gizlədir. Onun bətnində beşinci övladı var. Nə baş verdiyini anlamayan körpələr isə susqun və qayğısız oturublar. Qəzetlərdə onların adları və yaşları da göstərilib: Lana - 6 yaş, Raya - 5 yaş, Milton - 4 yaş və Syu-Ellen - 2 yaş.

Fotonu ilk gördüyümdə onun səhnələşdirildiyini fərz etmişdim. Belə deyilmiş - bu, Dünya müharibəsindən kökəlib çıxmış yeganə ölkə olan ABŞ-ın o illərinin reallığı imiş. Həm də elə bir sərt reallığı ki, nə bu fotoya, nə də sonradan övladlarını satdığına görə Lüsiyə heç “kəs gözün üstə qaşın var” demir. Yəni, nə ona kömək əli uzadırlar, nə də qanun onu bu cinayətinə görə cəzalandırır. Elə çıxır ki, qanunlar öz övladını satışa çıxarmağı qadağan etmirmiş. Əks halda, bu fotodan dövlət xəbərdar ola-ola necə hüquqi tədbir görülməyə bilərdi ki? Foto isə 1948-ci ilin avqustunda təkcə Çalifuksların yaşadığı Çikaqonun qəzetlərində yox, həm də Nyu-York, Texas, Ayova, Ohayo, Pensilvaniya, Vaşinqton mətbuatında işıq üzü görmüşdü. Lüsil isə bu 4 uşaqdan başqa, tezliklə dünyaya gətirəcəyi beşinci övladını da satacaqdı.

İllərlə maraq dairəmdə olmuş bu fotodakı uşaqların sonrakı taleyi barədə bilgilər toplamaq cəhdlərim hər dəfə uğursuzluqla nəticələnirdi. Yalnız bu yaxınlarda mövzuya aydınlıq gətirən yazı ilə rastlaşa bildim. “New York Times” qəzetinin 2013-cü ilin iyun nömrələrindən birində o uşaqların satışdan sonrakı həyatları barədə məqaləyə rast gəldim. Məqaləni müşayiət edən fotolardan birində iki qoca qadın yanaşı oturub fotoobyektivə baxırdı. Onlardan biri sağalmaz xəstədir və müstəqil nəfəs ala bilmir, süni tənəffüslə yaşayır. Əlini onun çiyninə qoymuş sağdakı qadın isə gülümsər gözlərlə sanki ona təsəlli verir.

Soldakı qadın 1948-ci ildə cəmisi 2 yaşı olan Syu-Ellen, sağdakı isə onun bacısı Rayadır. 2013-cü ildə onların müvafiq olaraq 67 və 70 yaşları var. Ayrılıqdan keçən 63 il ərzində bu, onların ilk və son görüşüdür. Bir neçə gündən sonra Syu-Ellen xərçəng xəstəliyindən vəfat edəcək.

Raya bacılarını onillər boyu axtarıb. O xatırlayır ki, onlara müştəri həmin fotodan il yarım sonra tapılır. 1950-ci ildə anası onu satır, bu vaxt ondan ayrılmaq istəməyən və ağlayan qardaşı Miltonu da yeni ailə özü ilə götürür. Onların sonrakı illəri cəhənnəmi xatırladır. Bacı və qardaş kölə kimi işlədilir, zəncirdə saxlanılır. Yeniyetməliyində Rayanı oğurlayıb zorlayırlar və o, uşaq doğur. 17 yaşında isə yeni evdən qaçır. “Mən oranı arxama baxmadan tərk etdim”, - Raya deyir.

Milton isə işgəncələrə qarşı etiraz etdiyinə görə polis çağırırlar. O, polisə müqavimət göstərir və məhkəmə qarşısına çıxarılır. Yeniyetməni şizofrenik elan edərək psixiatrik klinikaya salırlar və oranı bir də 20 yaşında tərk edir.

Raya və Milton bir-biri ilə əlaqəni üzmürlər. Milton hazırda Tuson şəhərində yaşayır və işsizdir. Raya anası ilə bir də 21 yaşı olanda rastlaşır və həmin görüşü təkrarlamağı xoşlamır: anası əməlindən qətiyyən peşman deyildi. Digər iki bacı - Lana və Syu-Ellendən isə onlar axtarışlara baxmayaraq onillər boyu xəbər öyrənə bilmirlər.

Onlar bir-birini bir də 2013-cü ildə sosial şəbəkələrdə həmin məşhur fotonu yaydıqdan sonra tapırlar. Ancaq həmin vaxt Lana artıq həyatda yox idi - böyük bacı 1998-ci ildə xərçəngdən vəfat etmişdi.

***

Syu-Ellenin oğlu Timoti xatırlayır: “Beş yaşım olanda anamı hirsləndirdiyimdə o, məni başqasına satacağı ilə qorxutmuşdu. Deyirdi ki, anası da onu uşaq vaxtı satıb. O yaşda belə sözlərə inanmırsan. Böyüdükcə bildim ki, bu həqiqətmiş”.

Raya isə xatırlayır ki, anası onu və qardaşı Miltonu cəmisi 2 dollara satıb. O, bu pula lotereya bileti almaq istəyirmiş.

Syu-Ellenin xəstəliyi onu həm rahat nəfəs almaqdan, həm də nitqdən məhrum edir. O, suallara cavabı yalnız yazmaqla verə bilir. Və anası barədə soruşanda gücsüz, titrək əli ilə kağız parçasına yazır: “O, cəhənnəm odunda yanır”...//Virtualaz.orq

Məmməd Süleymanov


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM