"Ötən axşam və bu gün səhər cəbhədə gərgin vəziyyətin yaradılması Azərbaycanın heç cür maraqlarında deyil və bu birbaşa Ermənistanın təxribatıdır”. Strategiya.az bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovdeyib.
Onun sözlərinə görə, bir müddət əvvəl Bakıda Avropa İttifaqının vitse-prezidentləri və 12 naziri ilə Azərbaycanın enerji layihələrinin imzalanması ilə bağlı görüşlərin görüntüləri Ermənistanda ciddi narahatlıqlar yaranıb: “Bununla yanaşı, Azərbaycan prezidentinin daxili siyasət, vətəndaş cəmiyyəti ilə bağlı atdığı addımlar, fərmanlar, gördüyü işlər, ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycanın xüsusi yer tutması, həm ABŞ rəhbərliyi ilə, həm də ən aparıcı biznes strukturları ilə danışıqların aparılması, onların dilindən birbaşa Azərbaycanın önəmli strateji, əhəmiyyət daşıyan ölkə kimi göstərilməsi, ümumiyyətlə, ölkəmizin regionda xüsusi nüfuza, çəkiyə sahib olması Ermənistanı narahat edib. Azərbaycanın bu cür söz sahibi olması Ermənistan ictimaiyyətinin öz ölkəsinin rəhbərliyindən olan narazılığını daha da artırıb. Bundan vahiməyə düşən ermənilər provokasiyalar törətməyə və əsas diqqəti iqtisadi inkişafdan hərbi münaqişəyə çevirməyə cəhd edirlər. Aydındır ki, investorlar vəziyyət qeyri-sabit olanda regiona gəlməyə o qədər də maraqlı deyillər. Baxmayaraq ki, dünyada iqtisadi böhrandır, amma biz investisiyaları ölkəmizə cəlb edirik. Baxmayaraq regionda qeyri-sabit vəziyyətdir, Azərbaycanda çox ciddi sabitlikdir, hamı hansısa layihələrdən imtina edir, Azərbaycan isə yeni layihələr gətirir. Bu səbəbdən cəbhə xəttində vəziyyətin pisləşməsi bizim marağımızda deyil, bunlarda maraqlı olan tərəf məhz Ermənistandır”.
Millət vəkili bildirib ki, ermənilər atəş açıb, provokasiyalar törədərək beynəlxalq strukturlara, Rusiya KİV-nə, sosial şəbəkələrə kadrlar ötürülər: “Özləri partladıb, özləri kadrlar ötürürlər. Əslində isə tamamilə yalan və böhtan içərisində olan materiallardır. Biz bu nöqteyi-nəzərdən daha aktiv olmalıyıq. Hazırda biz bu materialları yığırıq. Onlar mərmilərlə, ağır silahlı texnikalarla atəş açıb bizim sakinləri öldürürlər, yaralayırlar. Bunlar toplanılıbAvropa Şurasına da təqdim olunmalıdır”.
Politoloq Vüqar Zifəroğlu da cəbhədə baş verənin Azərbaycanın sön dövrlər dünyada artan mövqeyi ilə əlaqələndirib: “Bizim Müdafiə Nazirliyimizin açıqladığı kimi bu hadisələr Ermənistan tərəfinin növbəti təxribatıdır. Azərbaycan tərəfi sadəcə təxribatın qarşısını alır. Ermənilər həmişə olduğu kimi ABŞ-da görüşlərin keçirildiyi, Azərbaycanın haqlı mövqeyinin müdafiə edildiyi zaman bu cür təxribatlara əl atırlar".
Politoloq vurğulayıb ki, Azərbaycan prezidentinin Vaşinqtonda keçirdiyi son görüşlər, ABŞ rəsmilərinin bu görüşlərdə Dağlıq Qarabağla bağlı qəti mövqeyi Ermənistanın hazırkı rəhbərliyinin bu cür təxribatlar törətməsinə səbəb olub: " Eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənir. Azərbaycan hər zaman Dağlıq Qarabağməsələsini özünün xarici siyasətinin prioriteti elan edib. Bu məsələ həmişə müzakirə predmetidir. Ermənilər də bu görüşlərdə destruktiv mövqe sərgiləmək üçün bu cür təxribatlara əl atırlar. Amma ermənilər heç nəyə nail ola bilməyəcək. Ordumuz tərəfdən cavab tədbirləri müvəffəqiyyətlə görülməkdədir. Ermənilər sadəcə birinci addıma atıb, sonra da dünya ictimaiyyətini yalandan hay -küylə cəlb etməkdə peşəkardırlar və həmişə bu metoddan istifadə ediblər. Lakin onların nəyəsə nail olacaqlarına artıq inanmıram”.
Politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycan prezidentinin Nüvə Təhlükəsizlik Sammitində iştirakı, Amerikanın yüksək çinli rəsmiləri ilə görüşü, bu görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın da təcavüzkar dövlət olması ilə bağlı verilən bəyanatların bu məsələdə detonator rolunu oynayıb: “ Rusiya prezidenti də hər iki tərəfə müraciət etdi, amma ermənilər sözün həqiqi mənasında müharibə qayda-qanunlarını pozan hərəkətlərə yol verib. Ermənilər ağır texnikadan, “Qrad” tipli artilleriya qurğularından, bir sözlə, silahların əksər növlərindən istifadə etməklə Azərbaycanın döyüş bölgələrinə və daha çox mülki əhaliyə atəş açıblar. Məsələn, Tərtərə bir neçə “Qrad” mərmisi düşüb. Azərbaycan ordusu isə cavab zərbəsi endirməyə məcbur olub".
"APA Analitik Mərkəzinin" rəhbəri, politoloq Vüqar Hüseynov da cəbhədə baş verənlərin Azərbaycan prezidentinin Vaşinqton səfəri ilə birbaşa bağlı olduğunu qeyd edir: "Azərbaycan prezidentinin Vaşinqton səfəri sözsüz ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də töhfə verəcək. İstər Co Baydenin, istərsə ölkənin xarici siyasət kursunun müəyyənləşməsində birbaşa və dolayı iştirak edən şəxslərin münaqişə ilə bağlı bəyanatları tam şəkildə Azərbaycanın maraqlarına cavab vermiş oldu. ABŞ vitse-prezidentinin “ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir” fikri Vaşinqton görüşlərinin ən mühüm nəticəsi hesab oluna bilər. ABŞ-ın münaqişənin nizamlanmasında tutduğu mövqenin əhəmiyyəti Vaşinqtonda Azərbaycan prezidenti tərəfindən də bir neçə dəfə xüsusi vurğulanıb. Lakin Co Baydenin verdiyi bəyanat bir fərqliliyi ilə diqqəti cəlb edir. Bu, bəyanatda yer alan “qətiyyətlə” sözüdür. Mövqenin bu şəkildə formulə olunması o deməkdir ki, münaqişənin beynəlxalq hüquq prinsiplərindən kənar üsul və formalarla həlli cəhdləri iflasa məhkumdur. Həll yolu formasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaqla həyata keçirilməlidir və dünyanın supergücü olan ABŞ bu prinsiplərə riayət olunmasında maraqlıdır. Bu bəyanatlar münaqişənin eskalasiyasına cəhdlərin də nəticə etibarilə uğursuzluqdan doğan addımlar olduğunu da ortaya qoyur".
V. Hüseynov vurğulayır ki, Ermənistanın zaman-zaman cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışması da münaqişənin nizamlanmasında xarici siyasi dəstəyin azalması gerçəkliyinə qarşı şərti refleksin işə düşməsindən başqa bir şey deyil.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM