Əli Həsənov: "Ermənilər sülh istəmir"

16:44 / 03.04.2016

Prezidentin köməkçisi: Prezident hesab edir ki, bu ermənilərin növbəti təxribatıdır, onlar yenə də aktivləşməkdə olan sülh danışıqlarını pozmağa çalışırlar. Bu, Azərbaycan Prezidentinin Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı danışıqlara mane olmaq cəhdidir.

Strategiya.az Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Sputnik”ə müsahibəsini təqdim edir.

- Əli müəllim, cəbhədəki son vəziyyət və beynəlxalq aləmin məsələyə reaksiyasına münasibətiniz necədir?

— Atəşkəsin pozulmasından dərhal sonra, atışmanın qızğın çağında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, həmçinin həmsədr ölkələrinin rəhbərlərinin adından atəşin dayandırılması ilə bağlı tərəflərə çağırış olmuşdu. Bu çağırışdan dərhal sonra Azərbaycan tərəfi mövcud mövqelərdə atəşi dayandırmış və beləliklə Minsk qrupu həmsədrlərinin çağırışına operativ reaksiyasını nümayiş etdirmişdir.  Lakin Ermənistan tərəfi beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan bütün növ iri çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək Azərbaycan mövqelərini atəşə tutmaqda davam edir. Silahlı qüvvələrimiz buna müvafiq olaraq cavab verir və hərbi şəraitə tam nəzarət edir. 

- Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında toxunulan məsələlər bərədə nə deyə bilərsiniz?

— Cənab Prezident vəziyyətlə bağlı Müdafiə Nazirliyinin və müvafiq qurumların rəylərini öyrəndi, lazımı tapşırıqlarını verdi. Rəylər ondan ibarətdir ki, ermənilər sülh istəmirlər, danışıqları pozurlar. Onlar bir qayda olaraq Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini blokadaya alırlar. Bu dəfə də Azərbaycan Prezidentinin Vaşinqtonda intensiv danışıqlar apardığı bir zamanda növbəti təxribata əl atmışlar. Cənab Prezident hesab edir ki, bu ermənilərin növbəti təxribatıdır, onlar yenə də aktivləşməkdə olan sülh danışıqlarını pozmağa çalışırlar. Bu, Azərbaycan Prezidentinin Vaşinqtonda Amerikanın vitse-prezidenti, həmçinin dövlət katibi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı danışıqlara mane olmaq cəhdidir. Müşavirədə qeyd olundu ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini artırdığı bütün mərhələlərdə onlar belə oxşar təxribatlara əl atmışlar. Xatırladılmışdı ki, 2015-ci ildə Rusiya Prezidenti cənab Putinin səylərinin artığı, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə danışıqlarına dəstək verdiyi, bundan sonra xarici işlər naziri Sergey Lavrovun Azərbaycana bu və ya digər təkliflərlə gəlməsi fonunda da ermənilər eyni təxribata əl atmışlar. Bundan əvvəl 2014-cü ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa fəallaşmışdı və prezident cənab Ollandın “status-kvo” nu aradan qaldırmaq üçün təşəbbüsləri olanda da ermənilər cəbhə bölgəsində belə təxribatlara əl atdılar. Bu onun göstəricisidir ki, ermənilər sülh istəmir, “status-kvo”nunu aradan qalxmasında maraqlı deyirlər. Münaqişənin tənzimlənməsində hər hansı bir cəhd olan kimi oxşar davranış göstərirlər. Bu dəfə də təxribata əl atdılar və Azərbaycan ordusunun layiqli müqaviməti ilə üzləşdilər.   

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bildirib ki, Ermənistanın müraciəti olarsa, məsələni müzakirə edə bilər. Bu fikrə münasibətiniz necədir? 

— Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri Azərbaycanı narahat etmir və bizə o qədər də adiyyatı yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında müharibədən yox, Azərbaycanın işğal altında olan ərazilərindəki erməni silahlı qüvvələrinə cavab tədbirlərindən gedir. 

Biz Azərbaycan olaraq Ermənistana hücum etməyə hazırlaşmırıq. Biz Ermənistanın milli təhlükəsizliyini təhdid etmirik, sadəcə olaraq onun işğal etdiyi torpaqlarımızın azad olunmasına çalışırıq. Ermənilərin işğal altındakı ərazilərimizdəki qoşunları Azərbaycanın dinc sakinlər yaşayan ərazilərini təhdid etdi və biz onlara layiqli cavab verdik. Ona görə də KTMT Azərbaycanın işğal altında olan ərazilərindəki erməni qoşunlarını müdafiə etmək üçün heç bir hüquqi əsası yoxdur. KTMT müdafiə təşkilatıdır və üzv ölkələrindən heç birinin başqalarına qarşı işğalçı siyasətini təqdir etmir. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM